![]() |
çap et |
|
|||
ANS televiziyasında yayımlanan "Zərif çərşənbə" verilişində fəaliyyətini dayandıran xalq artisti Həmidə Ömərova bunun ailə məsələləri ilə bağlı olduğunu bildirib. Lakin aktrisa teleməkandan birdəfəlik ayrılmaq qərarı verməyib. O, bir müddətdən sonra yenidən bir başqa layihədə görünmək istəyir. Lakin bunun hansı kanalda və hansı formatda olacağı indidən bəlli deyil.
Söhbət zamanı aktrisa rəhbərlik etdiyi Kinoaktyorlar Gildiyasının bina probleminin hələ də qaldığını bildirdi. Aktrisa bildirdi ki, təşkilat məsələləri ilə əlaqədar bəzi qurumlara müraciət etsə də, müsbət cavab ala bilməyib: "Quruma məxsus ofisin yoxluğu səbəbindən toplantılarımızı ayrı-ayrı yerlərdə keçirmək məcburiyyətində oluruq. Hazırda bizi narahat edən məsələlərdən biri məlum səbəbdən bir məkanda qərar tuta bilmədiyimizdir". Sonda Həmidə xanım gildiyanın 44 üzvü olduğunu və bu göstəricinin günbəgün artdığını bildirdi. |