çap et  
Naxçıvan Kukla Teatrında Litva xalq nağılı
Şənbə, 16.01.2010

Xatun

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Litva xalq nağılı əsasında yeni tamaşa səhnələşdirir. Teatrdan verilən xəbərə görə, kollektiv şair Zaur Vedilinin Litva nağılı əsasında səhnələşdirdiyi "İlanlar kraliçası küknar" tamaşasının yekun məşqlərini aparır. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın xalq artisti Yasəmən Ramazanova, quruluşçu rəssamı Əli Səfərov, musiqi tərtibatçısı Əli Məmmədovdur. Tamaşa ictimai baxışdan sonra balaca teatrsevərlərə təqdim ediləcək.