M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Litva xalq nağılı əsasında yeni tamaşa səhnələşdirir. Teatrdan verilən xəbərə görə, kollektiv şair Zaur Vedilinin Litva nağılı əsasında səhnələşdirdiyi "İlanlar kraliçası küknar" tamaşasının yekun məşqlərini aparır. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın xalq artisti Yasəmən Ramazanova, quruluşçu rəssamı Əli Səfərov, musiqi tərtibatçısı Əli Məmmədovdur. Tamaşa ictimai baxışdan sonra balaca teatrsevərlərə təqdim ediləcək.
Pianoçunun yubileyi San-Fransiskoda qeyd edildiSan-Fransisko Konservatoriyasının salonunda məşhur pianoçu, Azərbaycanın xalq artisti Çingiz Sadıqovun 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
Qazax Teatrının "Sonuncu seriya"sıQazax Dövlət Dram Teatrında dramaturq Əhməd Orucoğlunun "Sonuncu seriya" tamaşasının məşqlərinə başlanıb.