Hal-hazırda Ayna qəzetinin 16.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Knut Hamsunun əsəri səhnəmizdə
Gənc Tamaşaçılar Teatrında premyera olacaq
Şənbə, 16.01.2010

Xatun mətn ölçüsü  

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış Norveç yazıçısı, Nobel mükafatı laureatı Knut Hamsunun "Viktoriya" əsəri əsasında hazırlanan tamaşanın təqdimat mərasimi keçiriləcək. Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, "Məhəbbət balladası" adlanan əsərin səhnələşdirilməsi Norveç Krallığının Azərbaycandakı səfirliyi və Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsidir. Xəbərdə qeyd olunur ki, tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı Fuad Qafarov, rəqslərin quruluşçusu isə Vüsal Mehrəliyevdir. Tamaşada baş rolları Günel Məmmədova, Elnur Kərimov, əməkdar artistlər Lətifə Əliyeva, Rəzzaq Məmmədov və başqaları oynayırlar. Tamaşada Norveç bəstəkarı Edvard Griqin musiqisi səslənəcək. Tamaşanın premyerası yanvarın 16-sı olacaq. Öyrəndik ki, teatrın kollektivi yanvarın 26-da daha bir səhnə əsərini tamaşaçılarına təqdim edəcək. Mətbuat əlaqələndiricisi bildirdi ki, bu, A.P.Çexovun "Albalı bağı" adlı pyesi olacaq. Tamaşaya quruluş verən xalq artisti İrina Perlovadır. Tamaşada rolları teatrın əməkdar artistləri Leyli Vəliyeva, Nofəl Vəliyev, Ayşad Məmmədov, Şövqi Hüseynov, Seyidşah Məmmədov və başqaları oynayacaqlar. Xatırladaq ki, tamaşa A.P.Çexovun dünyaya gəlişinin 150 illiyinə həsr olunub. Həmin gün eyni zamanda Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsinin də açılışı olacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rus dilindən imtina nə vəd edir?

Gəncə orta məktəbində dərs saatı satılır?

Zabit və əsgərlərin məhkəməsi başlayıb

Üç rayonda məhəllə meydançaları yaradılıb

Gənclər Evi yaradılır

Bölmənin digər xəbərləri
 
Qızıl fond deyilən bir günə yaranmır
Buna gərək ömürlər sərf olunsun

Naxçıvan Kukla Teatrında Litva xalq nağılı
M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Litva xalq nağılı əsasında yeni tamaşa səhnələşdirir.

Milli Dövlət Teatrları Festivalı keçiriləcək
Fevralın sonlarından başlayaraq Mədəniyyət və Turizm Nazirliyi ilk dəfə Milli Dövlət Teatrları Festivalını keçirəcək.

Kinoaktyorlar Gildiyası toplantı üçün məkan gəzir
Qurumun bina məsələsi var

Emalatxana kompleksinin tikintisi üçün layihə seçimi
Rəssamların Emalatxana Kompleksi üçün layihələndirmə işlərinə başlanıb.

Pianoçunun yubileyi San-Fransiskoda qeyd edildi
San-Fransisko Konservatoriyasının salonunda məşhur pianoçu, Azərbaycanın xalq artisti Çingiz Sadıqovun 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Qazax Teatrının "Sonuncu seriya"sı
Qazax Dövlət Dram Teatrında dramaturq Əhməd Orucoğlunun "Sonuncu seriya" tamaşasının məşqlərinə başlanıb.

Sənan Eynullayevin Ankarada sərgisi açılıb
Ankaradakı "Nurol" Sənət Qalereyasında azərbaycanlı rəssam Sənan Eynullayevin fərdi sərgisi açılıb.

Bu il "Azərbaycanfilm" iki ekran əsəri yaradacaq
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında 2010-cu ildə iki yeni film çəkiləcəkdir.

Həzi Aslanovun ev muzeyi təmir edilir
Lənkəranda general Həzi Aslanovun ev muzeyi 40 ildir fəaliyyət göstərir.

Soltan Hacıbəyov anılacaq
Bəstəkarın 90 illiyində oğlunun da 60 yaşı tamam olur

Bölgə teatrlarının monitorinqi aparılacaq
Mingəçevir, Gəncə, Şəki və Qax teatrlarında vəziyyətə baxılacaq

"Zirvə" mükafatı sahiblərini gözləyir
Təqdimat yaz aylarına planlaşdırılır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər