Naxçıvan Muxtar Respublikası Milli Elmlər Akademiyası və İran universitetləri arasında tarixi və arxeoloji sənədləri araşdırmaq üçün şəraitin sadələşdirilməsinə dair razılaşma əldə olunub. Bu barədə İranın Azərbaycan səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri demişdir (Trend News).
İran səfiri Məhəmməd Bağır Bəhrami və İranın Naxçıvandakı baş konsulu Məhəmməd Təbatəbainin Naxçıvanda muxtar respublika MEA sədri İsmayıl Hacıyevlə görüşündə universitetlərarası əlaqələrin inkişaf zərurətindən, Naxçıvan universitetində fars dilinin tədrisinin genişləndirilməsindən, elm və mədəniyyət sahəsində əməkdaşlığın potensialının öyrənilməsindən danışılmışdır. Bir əməkdaşlıq proqramı hazırlamaq nəzərdə tutulur. Görüşdən sonra Naxçıvan MEA-da "İran otağı"nın açılışı olmuşdur.
Bir sinifdə - ən azı 20 şagirdBakı Şəhəri üzrə Təhsil İdarəsi rəsmiləri hesab edirlər ki, orta ümumtəhsil məktəblərində siniflərdə şagirdlərin sayının 30-40 nəfərə çatdırılmasına yol verilməməlidir.
Təhsil Nazirliyində - yeni idarəNazirlər Kabineti Təhsil Nazirliyi nəzdində təsərrüfat hesablı De-institutlaşma və Uşaqların Müdafiəsi idarəsi yaradılmasını təsdiq edib.