Bir sinifdə - ən azı 20 şagird
 |
Şənbə, 16.01.2010
|
|
mətn ölçüsü |
|
|
|
Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəsmiləri hesab edirlər ki, orta ümumtəhsil məktəblərində siniflərdə şagirdlərin sayının 30-40 nəfərə çatdırılmasına yol verilməməlidir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının sözlərinə görə, hər sinifdə minimum şagird sayı 20 nəfər olmalıdır. Belə ki, sinifdə bu sayda şagird olmadıqda, Maliyyə Nazirliyinin göstərişinə əsasən, sinfin açılmasına icazə yoxdur. 20 sayının beynəlxalq standartlara uyğun olduğunu deyən şöbə müdiri şagirdlərin maksimum sayı ilə bağlı məhdudiyyətin olmadığını bildirir:
"Orta məktəblərdə şagirdlərin sayının çox olub-olmaması ilə bağlı hansısa bir monitorinq keçirilməyib. Amma siniflərdə şagirdlərin sayının həddən artıq çox olmasına da yol verilməməlidir".
|
|
|
|
|
|
|