2010-cu ilin mayından etibarən Bakının orta ümumtəhsil məktəblərində vahid məktəbli formasına keçidə start veriləcək. Artıq 2010-2011-ci tədris ilində paytaxtın bütün məktəblərində vahid məktəbli formasına keçid gerçəkləşəcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən aldığımız bilgiyə görə, hazırda məktəbli formasının tikilməsinə başlanıb. Bakının bütün rayonlarında məktəbli formalarının satış mərkəzi yaradılacaq və şagirdlər həmin mərkəzdən özlərinə uyğun formalar əldə edə biləcəklər. Klassik və praktik stildə olacaq vahid məktəbli forması həm də ailə büdcəsinə uyğun olacaq. Müxtəlif məktəblərin məktəbli forması yalnız geyimin üzərində olan loqo ilə fərqlənəcək. Qeyd edək ki, BŞTİ-nin tabeliyində 325 orta məktəb var.
Naxçıvan İranla elmi əməkdaşlığı sadələşdirirNaxçıvan Muxtar Respublikası Milli Elmlər Akademiyası və İran universitetləri arasında tarixi və arxeoloji sənədləri araşdırmaq üçün şəraitin sadələşdirilməsinə dair razılaşma əldə olunub.
Bir sinifdə - ən azı 20 şagirdBakı Şəhəri üzrə Təhsil İdarəsi rəsmiləri hesab edirlər ki, orta ümumtəhsil məktəblərində siniflərdə şagirdlərin sayının 30-40 nəfərə çatdırılmasına yol verilməməlidir.
Təhsil Nazirliyində - yeni idarəNazirlər Kabineti Təhsil Nazirliyi nəzdində təsərrüfat hesablı De-institutlaşma və Uşaqların Müdafiəsi idarəsi yaradılmasını təsdiq edib.