![]() |
çap et |
|
|||
Dövlət Neft Akademiyasına olan silahlı basqından sonra tədris müəssisələrində mühafizənin təşkili üçün DİN-ə müraciətlərin sayı artıb. Bu barədə DİN Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev "Trend News" agentliyinə açıqlamasında bildirmişdir. Təhsil Nazirliyinin 25 tədris müəssisəsində mühafizə təşkil olunmuşdur.
Açıqlamaya görə, onlardan 3-ü orta məktəb, 11 lisey və kollec, 11-i isə ali məktəbdir. Mühafizə işlərinin təşkili ilə bağlı müqavilələr imzalanmışdır. Mədət Quliyev demişdir ki, onlardan böyük əksəriyyəti ADNA-da baş vermiş olaydan sonra mühafizənin təşkili üçün müraciət etmişlər. Bu il üçünsə ali məktəblərdən müraciətlər daxil olmayıb. Göründüyü kimi, mühafizənin təşkili üçün müraciətlərin sayı çox azdır. Ali məktəblərin çoxu bu müraciətçilərin sırasında deyildir. Görünür, onlar mühafizəyə əlavə xərc çəkməyə hazır deyillər və ya bunu lüzumsuz sayırlar. Belə hesab etmək olar ki, onlar keçən il aprelin 30-da ADNA-da yaşanmış sarsıntılı günlərin həyəcanını unutmuşlar. Xatırladaq ki, o gün Fərda Qədirov adlı 29 yaşlı psix 12 nəfərin həyatına son qoymuş, 13 nəfəri isə yaralamışdı. Təhsil naziri Misir Mərdanov, xatırlayırıqsa, demişdi ki, dövlət onların övladlarının ali məktəblərdə təhlükəsizliyinə təminat verir, təhlükəsizlik həm dövlət, həm də özəl ali məktəblərdə təmin ediləcəkdir. Nazirliyin Azərbaycanın ali və orta məktəblərinin təhlükəsizliyinin təmin edilməsi barədə xüsusi mühafizə xidməti ilə razılıq əldə etdiyi də bildirilmişdi. Amma bu gün üçün söhbət cəmi-cümlətanı 25 təhsil ocağından gedir... |