Hal-hazırda Ayna qəzetinin 16.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
25 təhsil ocağında mühafizə təmin olunub
25 təhsil ocağında mühafizə təmin olunub
Bəs qalanları?
Şənbə, 16.01.2010

U.İsmayıl mətn ölçüsü  

Dövlət Neft Akademiyasına olan silahlı basqından sonra tədris müəssisələrində mühafizənin təşkili üçün DİN-ə müraciətlərin sayı artıb. Bu barədə DİN Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev "Trend News" agentliyinə açıqlamasında bildirmişdir. Təhsil Nazirliyinin 25 tədris müəssisəsində mühafizə təşkil olunmuşdur.

Açıqlamaya görə, onlardan 3-ü orta məktəb, 11 lisey və kollec, 11-i isə ali məktəbdir. Mühafizə işlərinin təşkili ilə bağlı müqavilələr imzalanmışdır. Mədət Quliyev demişdir ki, onlardan böyük əksəriyyəti ADNA-da baş vermiş olaydan sonra mühafizənin təşkili üçün müraciət etmişlər. Bu il üçünsə ali məktəblərdən müraciətlər daxil olmayıb.

Göründüyü kimi, mühafizənin təşkili üçün müraciətlərin sayı çox azdır. Ali məktəblərin çoxu bu müraciətçilərin sırasında deyildir. Görünür, onlar mühafizəyə əlavə xərc çəkməyə hazır deyillər və ya bunu lüzumsuz sayırlar. Belə hesab etmək olar ki, onlar keçən il aprelin 30-da ADNA-da yaşanmış sarsıntılı günlərin həyəcanını unutmuşlar. Xatırladaq ki, o gün Fərda Qədirov adlı 29 yaşlı psix 12 nəfərin həyatına son qoymuş, 13 nəfəri isə yaralamışdı.

Təhsil naziri Misir Mərdanov, xatırlayırıqsa, demişdi ki, dövlət onların övladlarının ali məktəblərdə təhlükəsizliyinə təminat verir, təhlükəsizlik həm dövlət, həm də özəl ali məktəblərdə təmin ediləcəkdir. Nazirliyin Azərbaycanın ali və orta məktəblərinin təhlükəsizliyinin təmin edilməsi barədə xüsusi mühafizə xidməti ilə razılıq əldə etdiyi də bildirilmişdi. Amma bu gün üçün söhbət cəmi-cümlətanı 25 təhsil ocağından gedir...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gəncə orta məktəbində dərs saatı satılır?

Orta məktəb şagirdlərində siqaretə meyil artıb

Gənc liderlər Qazağa toplaşıb

Uşaqlar üçün yay məktəbləri bərpa edilsin

Uşaqlar niyə intihar edir?

Bölmənin digər xəbərləri
 
Hidayət Orucov: "İstər Bənəniyar olsun, istərsə..."
Radikallıq, ifratçılıq, ekstremizm olan yerdə dövlət və cəmiyyət işə qarışacaq

"Qlobal istiləşmə" soyuqlaşma ilə əvəzlənir
Onun fəsadları etnik münaqişələr və müharibələrdən daha qorxuludur

İranda azərbaycanlı fizikin məhkəməsi başlayıb
İranda həbsdə olan azərbaycanlı alim Rəşid Əliyevin məhkəməsinin hazırlıq iclası olub və ailəsi ilə telefonla danışa bilmişdir.

Naxçıvan İranla elmi əməkdaşlığı sadələşdirir
Naxçıvan Muxtar Respublikası Milli Elmlər Akademiyası və İran universitetləri arasında tarixi və arxeoloji sənədləri araşdırmaq üçün şəraitin sadələşdirilməsinə dair razılaşma əldə olunub.

Məzunlara medal veriləcək
Söhbət ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuranlardan gedir

Misir Mərdanov: "Tələbəbaşına maliyyələşdirmə sisteminə keçiləcək"
Bu yenilik ali təhsil islahatlarının ilk mərhələsində olacaq

Xırdalan sakinləri imdad diləyir
Çirkab sular birbaşa sakinlərin evlərinə axır

Litva bizə tələbələrin vauçerlər əsasında maliyyələşdirilməsi sisteminin tətbiqini təklif edir
Litva Azərbaycana tələbələrin vauçerlər əsasında maliyyələşdirilməsi sisteminin tətbiqini təklif edir

Vahid məktəbli formasına keçid reallaşır
2010-cu ilin mayından etibarən Bakının orta ümumtəhsil məktəblərində vahid məktəbli formasına keçidə start veriləcək.

Bir sinifdə - ən azı 20 şagird
Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəsmiləri hesab edirlər ki, orta ümumtəhsil məktəblərində siniflərdə şagirdlərin sayının 30-40 nəfərə çatdırılmasına yol verilməməlidir.

Təhsil Nazirliyində - yeni idarə
Nazirlər Kabineti Təhsil Nazirliyi nəzdində təsərrüfat hesablı De-institutlaşma və Uşaqların Müdafiəsi idarəsi yaradılmasını təsdiq edib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər