İranda azərbaycanlı fizikin məhkəməsi başlayıb
|
Şənbə, 16.01.2010
|
|
mətn ölçüsü |
|
|
|
İranda həbsdə olan azərbaycanlı alim Rəşid Əliyevin məhkəməsinin hazırlıq iclası olub və ailəsi ilə telefonla danışa bilmişdir. Bu barədə onun hüquqlarını müdafiə komitəsinin sədri Soltanhəmid Məlikov bildirmişdir (Trend News). Rəşid Əliyev deyib ki, prosesdə tərcüməçi ilə təmin olunacaq, məhkəmənin vaxtı isə hələlik bəlli deyildir. Məlikov deyib ki, prosesdə Azərbaycan dövlətinin təmsilçisinin iştirakı barədə Xarici İşlər Nazirliyinə müraciət edilmişdir.
Bu çox müəmmalı bir işdir və nə baş verdiyi deyilmir. Bəlli olan odur ki, BDU Fizika Problemləri İnstitutunun fiziki - bioloji sistem laboratoriyasının baş mühəndisi Rəşid Əliyev İranın "Sazan Elestronics Industry" şirkətinin dəvəti ilə və BDU ilə əməkdaşlığa dair müqavilə çərçivəsində son iki ildə sözügedən şirkətdə çalışıb. Şirkət rəhbərliyi ona daimi yaşayış üçün İrana getməyi təklif etsə də, Əliyev bu təklifi qəbul etməyib və tezliklə vətənə qayıdıb. Şirkətin direktoru Abbas İftixarinin israrlı xahişindən sonra Əliyev oktyabrın 5-də qısa müddətə İrana qayıdıb. Oktyabrın 6-da isə viza problemi bəhanəsi ilə həbs edilib...
Abbas İftixari deyib ki, Rəşid Əliyevin həbsinin həmin firma ilə BDU arasında müqaviləyə heç bir aidiyyəti yoxdur. Öz növbəsində ölkəmizin Ədliyyə Nazirliyi azərbaycanlı mütəxəssisin işi ilə əlaqədar olaraq İranın müvafiq strukturlarına sorğu göndərmişdir, deyə xəbərdə bildirilir.
|
|
|
Oxşar xəbərlər:
Fizika və riyaziyyatda gəldiyimiz nöqtə
Atom fiziki aradan götürüldü
|
|
|