Hal-hazırda Ayna qəzetinin 16.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Hidayət Orucov: "İstər Bənəniyar olsun, istərsə..."
Hidayət Orucov: "İstər Bənəniyar olsun, istərsə..."
Radikallıq, ifratçılıq, ekstremizm olan yerdə dövlət və cəmiyyət işə qarışacaq
Şənbə, 16.01.2010

Eldəniz mətn ölçüsü  

Təkrar dövlət qeydiyyatına alınan daha 33 dini icmaya dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyat şəhadətnamələri təqdim olunub. Komitədə düzənlənən təqdimetmə mərasimində çıxış edən DQİDK sədri Hidayət Orucov deyib ki, bununla, təkrar dövlət qeydiyyatına alınan dini icmaların sayı 188-ə çatıb.

Hidayət Orucovun sözlərinə görə, indiyə kimi komitəyə qeydiyyata alınma ilə bağlı 700 müraciət daxil olub. Təkrar qeydiyyata almadan əvvəl isə cəmi 534 dini icma qeydiyyatda olub.

Komitə sədri onu da bildirib ki, təkrar dövlət qeydiyyatına alınmaq üçün sənəd təqdim etməyən dini qurumların qeydiyyatına məhkəmə yolu ilə baxılacaq. Onun sözlərinə görə, hazırda komitəyə müraciətlərin qəbulu davam edir.

Tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran sədr bir çox məsələlərə aydınlıq gətirib. Ölkəyə gətirilən zərərli dini ədəbiyyatın sayının 20 dəfə azaldığını vurğulayan komitə sədri dini ədəbiyyatın ixtisaslaşmış mağazalarda satılmasının zəruri olduğunu da vurğulayıb: "Bu sahədə apardığımız işlər gələcəkdə də davam etdiriləcək".

Komitə sədri Moskva Patriarxlığı rəsmisi iyeromonax Filippin Ermənistandakı pravoslav kilsələri haqqında danışarkən Dağlıq Qarabağdakı kilsəni də bura aid etməsinə münasibət bildirərkən, Moskva Patriarxlığının xarici kilsələrlə əlaqələr şöbəsinin müdir müavininin açıqlamasından təəssüfləndiyini deyib: "Bu, məsuliyyətsiz açıqlamadır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Nəyə görə belə bir səhvə yol verilib? Niyə Dağlıq Qarabağdakı kilsə ilə İrəvandakı, Gümrüdəki kilsə eyniləşdirilir? Niyə o zaman onlar Azərbaycandakı - Bakıda, Gəncədə, Xaçmazda olan kilsələrin adını çəkmirlər? Belə açıqlama vermək olmaz. Mən bu açıqlamanı verəni şəxsən tanımıram. O, çox qeyri-dəqiq, düşünülməmiş, hərənin bir cürə yoza biləcəyi ifadə işlədib".

H.Orucov bu məsələ ilə bağlı Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr Ata ilə telefonla danışdığını deyib: "Ona çox ciddi iradlarımı bildirdim. O da öz növbəsində söz verdi ki, bu məsələ ilə məşğul olub məlumat verəcək".

Aşura günü Bənəniyarda baş verən olaylara münasibət bildirən komitə sədri hadisə ətrafında ajiotaj yaratmağa ehtiyac olmadığını deyib: "İstər Bənəniyar olsun, istərsə də Azərbaycanın başqa bir ərazisi, harada radikallıq, ifratçılıq, ekstremizm var, dövlət də, cəmiyyət də buna öz münasibətini bildirəcək".

Komitə sədri Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası tərəfindən verilən fətvalara əməl olunmasının vacibliyini vurğulayıb: "Aşura ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvası olmuşdu ki, zəncir vurulmasın, baş yarılmasın. Əksər yerdə buna riayət olunsa da, bəzi yerlərdə yenə də buna əməl edilmədi".

Azərbaycanlıların tolerant xalq olduğunu bildirən komitə sədri bununla belə, müəyyən xarici ziyanlı meyillərin Azərbaycanda öz niyyətlərini həyata keçirməyə çalışdıqlarını vurğulayıb: "Amma onların qarşısı tərəfimizdən yüksək səviyyədə alınır. Bir qrup adam var ki, onlar sanki ştatlı işçilər kimi gah bu, gah da o biri məscidə gedib, qrup halında zəncir vururdular. Sanki qonorara işləyirdilər".

Hidayət Orucov deyib ki, dini icmalar başqa işlərlə deyil, dinin təbliği ilə məşğul olmalıdır.

Komitə sədri hazırda Azərbaycanda 1802 məscidin fəaliyyət göstərdiyini deyib. Sovet dövründə isə onların sayı cəmi 18 olub. H.Orucov deyib ki, heç kim komitənin rəyi olmadan məscid tikmək, bərpa etmək səlahiyyətində deyil: "Belə hal baş versə, qarşısı alınacaq. İşlər qanun çərçivəsində həll olunmalıdır".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Aktrisa Nahidə Orucovanın gileyi

Bölmənin digər xəbərləri
 
"Qlobal istiləşmə" soyuqlaşma ilə əvəzlənir
Onun fəsadları etnik münaqişələr və müharibələrdən daha qorxuludur

İranda azərbaycanlı fizikin məhkəməsi başlayıb
İranda həbsdə olan azərbaycanlı alim Rəşid Əliyevin məhkəməsinin hazırlıq iclası olub və ailəsi ilə telefonla danışa bilmişdir.

Naxçıvan İranla elmi əməkdaşlığı sadələşdirir
Naxçıvan Muxtar Respublikası Milli Elmlər Akademiyası və İran universitetləri arasında tarixi və arxeoloji sənədləri araşdırmaq üçün şəraitin sadələşdirilməsinə dair razılaşma əldə olunub.

Məzunlara medal veriləcək
Söhbət ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuranlardan gedir

Misir Mərdanov: "Tələbəbaşına maliyyələşdirmə sisteminə keçiləcək"
Bu yenilik ali təhsil islahatlarının ilk mərhələsində olacaq

25 təhsil ocağında mühafizə təmin olunub
Bəs qalanları?

Xırdalan sakinləri imdad diləyir
Çirkab sular birbaşa sakinlərin evlərinə axır

Litva bizə tələbələrin vauçerlər əsasında maliyyələşdirilməsi sisteminin tətbiqini təklif edir
Litva Azərbaycana tələbələrin vauçerlər əsasında maliyyələşdirilməsi sisteminin tətbiqini təklif edir

Vahid məktəbli formasına keçid reallaşır
2010-cu ilin mayından etibarən Bakının orta ümumtəhsil məktəblərində vahid məktəbli formasına keçidə start veriləcək.

Bir sinifdə - ən azı 20 şagird
Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəsmiləri hesab edirlər ki, orta ümumtəhsil məktəblərində siniflərdə şagirdlərin sayının 30-40 nəfərə çatdırılmasına yol verilməməlidir.

Təhsil Nazirliyində - yeni idarə
Nazirlər Kabineti Təhsil Nazirliyi nəzdində təsərrüfat hesablı De-institutlaşma və Uşaqların Müdafiəsi idarəsi yaradılmasını təsdiq edib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər