Hal-hazırda Ayna qəzetinin 09.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 09.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Qazaxda təmas xəttindəki qəbiristanlıqda erməni vandalizmi
Qazaxda təmas xəttindəki qəbiristanlıqda erməni vandalizmi
30-dan çox məzarın baş daşı sındırılıb
Şənbə, 09.01.2010

C.Məzahiroğlu mətn ölçüsü  

Qazax rayonu ərazisində qoşunların təmas xəttindəki Qızılhacılı kəndinin qəbiristanlığında erməni tərəf vandalizm əməli törədib. Bu barədə APA-ya Qazax rayon Polis Şöbəsinin rəis müavini Ədalət Sadıqov məlumat verib. Sözügedən kənd qarşı tərəfin atəş məsafəsində yerləşdiyindən və kənd hərbi əməliyyatlar nəticəsində xaraba qaldığından sakinlər orada yaşamır. Lakin kənd ətrafında bizim mövqelərimiz yerləşir. Erməni mövqeləri də yaxındır. Sadıqov deyib:

"Kənd, qəbiristanlıq bizim nəzarətimiz altındadır. Həmin kəndin sakinləri rəhmətə gedən yaxınlarını da orada dəfn edirlər. Yanvarın 7-dən 8-nə keçən gecə kənd qəbiristanlığı naməlum şəxslər tərəfindən dağıdılıb, 30-dan çox məzarın baş daşı sındırılıb".

Rəis müavini vandalizmi ermənilərin törətdiyinə şübhə etmədiklərini söyləyib.

Ə.Sadıqov faktla bağlı araşdırmaların davam etdirildiyini sözlərinə əlavə edib.

Birinci Qarabağ müharibəsi əlili, ehtiyatda olan zabit Namiq Əliyev ANS-ə bildirib ki, məzarlıqda təqribən 50 məzar dağıdılıb. Məlumata görə, srağagün dəfn edilən bir nəfərin məzarının üzərinə isə taxtadan hazırlanmış xaç işarəsi qoyulub.

"Qazax rayonunun Qızılhacılı kəndində nə baş verdiyini araşdırırıq. Bu barədə indidən konkret fikir söyləmək olmaz. Kənd qəbiristanlığında nə baş verdiyini, hadisəni kimin törətdiyini araşdırmalardan sonra açıqlayacağıq".

Bu sözləri isə APA-ya açıqlamasında Qazax rayon İH başçısı Rauf Hüseynov deyib. İcra başçısı bildirib ki, dəlil-sübutlar dəqiqliklə yoxlanılmadan nəsə demək tezdir. Onun sözlərinə görə, Qızılhacılı kəndi 1992-ci il mayın 11-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub: "Ermənilər bu kəndi işğal etdikdən sonra yandırıblar. Qəbiristanlıq isə kəndin kənarından keçən magistral yolun yaxınlığındadır".

R.Hüseynov atəşkəs rejiminin ermənilər tərəfindən mütəmadi pozulduğunu da diqqətə çatdırıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Yerevan yeni səfirini təyin etdi

Ermənistan dünyanı aldadır

Ermənistan ordusunun çağırışçı problemi

Ermənipərəst konqresmenlər Obamaya müraciət etdilər

İrəvan bu günlərdə nəylə nəfəs alır?

Bölmənin digər xəbərləri
 
Bənənyarda nə baş verir?
Ruhi xəstənin özünü yandırmağa cəhd göstərdiyi deyilir

Tiflisdə bina çöküb, dağıntı altında qalanlar var
Gürcüstanın paytaxtı Tiflisdə doqquzmərtəbəli bina çöküb.

Bloggerlərin məhkəməsi yanvarın 22-də davam edəcək
Proses apellyasiya şikayəti üzrədir

Fərəməz Allahverdiyev sərbəst buraxıldı
O, üç ay əvvəl böhtançılıq ittihamı üzrə həbs edilmişdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər