Hal-hazırda Ayna qəzetinin 09.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 09.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Tənqidə dözmək yaman çətinləşib
Tənqidə dözmək yaman çətinləşib
Son 20 ildə İranda insan haqlarının durumu ən pis həddə çatıb
Şənbə, 09.01.2010

S.Sədrəddin mətn ölçüsü  

Ötən ilin yekununda çeşidli hesabatlar sırasında Beynəlxalq Əfv Təşkilatının insan haqları ilə bağlı bəyanatı da vardı. Bəyanatda deyilirdi ki, İranda insan haqlarının durumu son 20 ildə ən pis həddə çatıb.

"Azadlıq" radiosunun bu haqda yaydığı xəbərə əsasən, hesabatda 2009-cu ilin iyun prezident seçkisindən əvvəl və sonra "insan haqlarının pozulma dövrü" təsvir olunub. Qurum hakimiyyəti bu təzyiqlərə cavabdehlərin məsuliyyətə cəlb edilməsinə çağırır.

İrandan çıxarıldıqdan sonra Londonda yaşayan Bi-Bi-Si-nin Tehran üzrə müxbiri Con Layn bildirib ki, Mahmud Əhmədinejadın mübahisəli şəkildə seçilməsindən sonra müxalifət sistematik olaraq repressiyalara məruz qalır.

Hesabatda nümayişlərin zorakı şəkildə dağıldığı və İran cəmiyyətinin bütün təbəqələrində insan azadlığına məhdudiyyətlər qoyulduğu qeyd edilib. Beynəlxalq Əfv Təşkilatı zorakılıqlar arasında müxalifətçilərin məhbəsdə zorlanması hallarına diqqəti çəkib.

Qurum jurnalistlərin və müxalifətçilərin məhkəmə prosesinin ədalətli keçmədiyində israr edir. Nümayişlər zamanı baş vermiş bir sıra qanun pozuntularını İranın ali rəhbəri Əli Xamneyi də qəbul etmişdi. Elə Kəhrizək adlı bədnam təcridxananın qapadılması barədə onun əmr verməsi bu etiraflara örnək hal kimi yadda qaldı. Amma bu o demək deyildi ki, bundan sonra tənqidlər eşidiləcək. Xeyr. İran hakimiyyəti əvvəlki kimi hələ də tənqidə dözümsüzlük nümayiş etdirir. Özü də bunu dünyada ən kobud bir üslubda nümayiş etdirməkdədir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Casus oyuncaqlar", italyan qadın geyimləri, "Ağacdələn", bəhailər...

İran: öldürülənlərin sayı artmaqdadır

Əhmədinijat uçan kəpənəyi tuta bilmədi

İran böhranı: "Vilayəti-fəqih" idarəetmə təsisatı ölüb

İran müxalifətindən 100 nəfər məhkəmə qarşısında

Bölmənin digər xəbərləri
 
"Avarıstan" ssenarisinin gizlinləri
Ermənilərə məxsus strateji mərkəzlərin canfəşanlığı

BMT baş katibi QKTC-yə gəlir
Bu, fevralın əvvəlində olacaq

Dağda uran zənginləşdirən zavod?
Hər deyilənə inanaqmı?

İranlılar yəhudiləri "səhvən" təbrik ediblər
İsrail Futbol Federasiyası isə bu "təbrik"ə cavab olaraq həmkarlarına xoşbəxtlik arzulayıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər