Hal-hazırda Ayna qəzetinin 09.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 09.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
6 namizəd "Eurovision" uğrunda yarışacaq
6 namizəd "Eurovision" uğrunda yarışacaq
Onların çıxışı "Buta Palace"də olacaq
Şənbə, 09.01.2010

Zəminə mətn ölçüsü  

Azərbaycanın "Eurovision-2010" mahnı müsabiqəsindəki təmsilçisinin müəyyənləşməsi üçün seçim turları davam edir. Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən məlumat verilib. Xəbərdə qeyd olunur ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ciddi hazırlıqlar görülüb, ölkəmizi layiqincə təmsil etmək üçün bir sıra addımlar atılıb. "Eurovision" müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli İctimai Televiziya tərəfindən bir neçə seçim turunun keçirildiyini, seçim turlarında iştirak edən 30-dan artıq gənc ifaçının video yazılarının yerli və xarici mütəxəssislər tərəfindən qiymətləndirildiyini deyib: "Belə bir nəticəyə gəldik ki, yarımfinal mərhələsində final üçün iştirakçılar seçilsin". Qeyd edək ki, yarımfinal mərhələsində 6 nəfər - Azad Şabanov, "Milk & Kisses" qrupu, Məryəm Şabanova, Səfurə Əlizadə, Elli və Ülviyyə Rəhimova iştirak edəcəklər. Öyrəndik ki, bu mərhələ televiziya və internet vasitəsi ilə yayımlanacaq. Yarımfinal mərhələsi fevral ayının 2-də "Buta Palace"də keçiriləcək. Seçim tam olaraq "Eurovision" formatı ilə təşkil olunacaq. Belə ki, iştirakçılara mahnını ifa etmək üçün cəmi 3 dəqiqə vaxt veriləcək və səhnədə maksimum altı nəfərin olması mümkün olacaq. İctimai Televiziyanın "Eurovision" həvəskarlarına bir hədiyyəsi də var. Xəbər verdiyimiz kimi, bu dəfə yarımfinal mərhələdə gənclərimizə dəstək olmaq üçün 2004 "Eurovision" beynəlxalq mahnı müsabiqəsinin qalibi Ruslana və 2009 "Eurovision" beynəlxalq mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak və Azərbaycanın 2009 "Eurovision" beynəlxalq mahnı müsabiqəsinin təmsilçisi Aysel Teymurzadə də iştirak edəcəklər. Xatırladaq ki, bu layihə Heydər Əliyev Fondu və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həyata keçirilir. Azərbaycan 2008-ci ildən müsabiqədə təmsil olunur.

Yeri gəlmişkən onu da bildirək ki, "Eurovision-2010" müsabiqəsinə qatılan 39 ölkənin adı açıqlanıb. Müsabiqənin rəsmi saytında yazılıb ki, Albaniya, Azərbaycan, Ermənistan, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Gürcüstan, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İsrail, Latviya, Litva, Malta, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna, Böyük Britaniyanın təmsilçiləri mayda Norveçdə keçiriləcək Avropa mahnı yarışmasında iştirak edəcək. Fransa, Almaniya, İspaniya və Böyük Britaniya mexaniki olaraq finalda yarışacaqlar. Çünki onlar "Eurovision" müsabiqəsinin əsas sponsorlarıdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Eurovision-2010"un keçiriləcəyi məkan bəlli oldu

"Eurovision-2009"da səsverənlərin siyahısı Azərbaycanda yoxdur"

"Eurovision-2010" təmsilçimiz noyabra kimi bilinəcək

"Eurovision" iştirakçısı 46 namizəddən seçiləcək

Türkiyəni "Eurovision-2010"da Əmrə Aydın təmsil edəcək

Bölmənin digər xəbərləri
 
Aygün Bəylər yaradıcı işə qayıdır
Müğənni müqavilə imzalayıb

Faiq Ağayev türk kanallarından təklif alıb
Yaxın həftələrdə onlara qonaq olacaq

Rəqqasə Fatimə dünya səhnəsinə çıxa bilər
Bunun üçün imkan yaranıb

İradə İbrahimovanın "şipşirin" Elçinlə ilk dueti
Təklif qarşı tərəfdən gəlib

Türkiyədə Kərimin piarı aparılır
Növbəti layihə Zərrin Özənlə duet olacaq

Kıvanc Tatlıtuğun məşhurluğu Bred Piti üstələyib
Aktyor ərəb şeyxlərinin özəl yemək dəvətlərinə 200 min dollara qatılır

Bakıda türk şirkətlərinin geyim sərgisi
Bunu yanvarın sonlarında görəcəyik

Nüşabə Ələsgərli biznesini genişləndirir
Modern üslubunda restoran açmaq fikrindədir

Röya Aygün Kazımovanın işini primitiv saydı
Tərəflərin "deyişməsi" bitmir

Samir Bağırovun maddi vəziyyəti - ürəkaçan
O, şayiə yayanları sülhə dəvət etdi

Türkiyəni "Eurovision"da "MaNga" rok qrupu təmsil edəcək
TRT seçimini yalnız kişi sənətçilər arasında aparıb

İsmayıl YK sevdiyi qızı facebook-dan tapıb
Bu ssenari onun çəkdirdiyi klipdəndir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər