Hal-hazırda Ayna qəzetinin 09.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 09.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Vaqifin "Tvente"yə keçidi bu gün rəsmiləşə bilər
Vaqifin "Tvente"yə keçidi bu gün rəsmiləşə bilər
Futbolçu Hollandiya klubu ilə müqavilə imzalamağa gedib
Şənbə, 09.01.2010

Kərim Nəsrullah mətn ölçüsü  

Hər hansı futbolçunun xarici klubda çıxış etməsi yaxşı haldır. Bu, ölkənin adını tanıtmaqla yanaşı, futbolçunun öz təcrübəsini və potensialını artırması baxımından vacibdir. Bu mənada milli yığma komandamızın üzvləri Vaqif Cavadov və Mahir Şükürovun xarici klublardan dəvət alması təqdirolunası faktdır.

Hələ ötən saylarımızın birində qeyd etmişdik ki, Azərbaycan futbolçularını yaxın zamanlarda Rusiya, Ukrayna və Türkiyə çempionatlarında görə bilərik. Bu istiqamətdə artıq ilk faktlar var. Milli yığma komandamızın aparıcı futbolçusu, Ağdamın "Qarabağ" klubunun hücumçusu Vaqif Cavadov Hollandiyanın "Tvente" klubu ilə müqavilə bağlamaq ərəfəsindədir. Rusiya və Hollandiya klublarından təklif alan futbolçu sonda üstünlüyü "Zanbaqlar ölkəsi"nə verib.

Vaqif Cavadovun "Tvente"yə keçidi Azərbaycan futbolu üçün vacib hadisə olacaq. Əvvəla ona görə ki, indiyə kimi heç bir azərbaycanlıya futbol ölkəsi kimi tanınan Hollandiya klubunda çıxış etmək nəsib olmayıb. Bundan başqa, indiyə kimi xarici klublarda çıxış etmiş həmvətənlərimiz arasında Nazim Süleymanov yeganə futbolçudur ki, təmsil etdiyi klubla ölkə çempionu adını qazanıb. Odur ki, Vaqif Cavadovun "Tvente"nin heyətində Hollandiya çempionu titulunu qazanmaq şansı var. Çünki Vaqifin müqavilə imzalamağa hazırlaşdığı "Tvente" indiyə kimi iki dəfə Hollandiya çempionatında gümüş medala sahib olub. Baş məşqçi Stiv Maklaren isə bu dəfə komandasına qızıl medalları qazandırmaq niyyətindədir.

Yeri gəlmişkən, "Tvente"nin heyətində möhkəmlənmək 20 yaşlı Vaqif üçün asan olmayacaq. Vaqif hücum xəttində kifayət qədər səviyyəli futbolçularla rəqabət aparmalı olacaq. "Tvente"nin hücum xətti yalnız "Ayaks" və "PSV Eyndhoven" kimi Avropanın məşhur klublarından geri qalır. Komanda Hollandiya çempionatının birinci dövrəsində bir dəfə də olsun uduzmayıb. Stiv Maklaren də yaxşı anlayır ki, həm daxili çempinatda, həm də Avropa Liqasında uğurla çıxış etmək üçün kifayət qədər ehtiyat oyunçuya malik olmalıdır.

Tərəflərin razılaşmasına əsasən, bazar günü Vaqif Cavadovla 3 illik müqavilə imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra "Tvente" həmyerlimizi ictimaiyyətə təqdim edəcək və Azərbaycanda ilin futbolçusu seçilən Vaqifi heyətinə götürəcək.

Qeyd edək ki, Cavadov 3 ildir çıxış etdiyi "Qarabağ"ın Avropa Liqasında "Tvente"yə qarşı oyunlarında özünü yaxşı göstərdiyindən hollandların diqqətini cəlb edib.

Vaqif Cavadovun Hollandiyada uğurlu çıxışı indiyə kimi yolu Türkiyədən o yana düşməyən digər futbolçularımızın da Avropaya yolunu aça bilər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Püşkatma kimə nə vəd edir?

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?

Bölmənin digər xəbərləri
 
Mahir Şükürov "Anji"ni seçdi
Baxmayaraq ki, ona Almaniyadan da təklif olub

2 qələbə, 1 məğlubiyyət
Uduzmayan yeganə komanda olan yığmamız Hindistana təslim oldu

"Çelsi" Çempionlar Liqasına buraxılmaya bilər
İngiltərənin "Çelsi" klubu böyük maliyyə itkiləri ilə əlaqədar futbol üzrə növbəti Çempionlar Liqası turnirindən kənarda qala bilər.

Qələbəyə həsrət qaldıq
4 voleybol klubumuzdan heç biri fanatları sevindirmədi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər