Hal-hazırda Ayna qəzetinin 09.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 09.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Telekanallarda hərəkət müşahidə edilir"
"Telekanallarda hərəkət müşahidə edilir"
Nizami Cəfərov: "Bundan sonra inkişaf da olacaq"
Şənbə, 09.01.2010

Xatun mətn ölçüsü  

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin telekanallarla bağlı dərc etdiyi məqalədən sonra bu sahədə müsbət dəyişiklik müşahidə edilib-edilmədiyi barədə MM mədəniyyət məsələləri üzrə komitəsinin sədri, millət vəkili Nizami Cəfərovun fikrini soruşduq. Telekanallarda hərəkətin müşahidə olunduğunu bildirən millət vəkili dedi:

- "Azad Azərbaycan" televiziya kanalında xüsusi bir ekspert şurası yaradıldı. Yəqin ki, Dövlət Televiziyası və digər özəl televiziyalarda da hərəkət var. Əsas məsələ bunları göstərmək, demək, bu vəziyyətin özünün nə şəkildə olduğunu təsvir etmək idi. Bundan sonra, əlbəttə, inkişaf da olacaq və vəziyyətdən çıxış yolları axtarılacaq. Buna nə dərəcədə nail olunacaq, bu başqa bir məsələdir. Ancaq hər halda dəyişiklik olacaq.

- Ramiz müəllimin məlum məqaləsindən sonra televiziya rəhbərləri ilə görüş keçirilməsinin aktuallığı qalırmı?

- Əslində Ramiz müəllimin bu məqaləsi bir qədər də görüşləri koordinasiya etdi. Sadəcə, büdcə məsələləri bir az başımızı qatıb. Bundan sonra Milli Məclisin mədəniyyət komitəsində televiziya rəhbərləri ilə görüşümüz olacaq. Ancaq bu görüş, ümumiyyətlə, televiziya siyasəti ilə bağlı olmayacaq. Görüş televiziyada mədəniyyət və incəsənət məsələlərinin təbliği ilə əlaqədar olacaq. Çünki bizim üçün maraqlı olan odur. Bədii proqramlar, onların səviyyəsi, aparıcılıq texnologiyaları, verilən filmlər, musiqilər, şou-biznesin televiziyada əks olunması texnologiyaları məsələləri ətrafında müzakirələr keçiriləcək.

- Yaxın aylarda mədəniyyət məsələləri komitəsində hansı yeni qanun layihələrinin müzakirəsi nəzərdə tutulub? Hansısa qanunlara əlavə və dəyişikliklər gözlənilirmi?

- Var, çoxdur. Hər dəfə hansısa qanunlara əlavə və dəyişikliklər baş verir. Bir müddət əvvəl bir neçə konvensiyanı mədəniyyət məsələləri komitəsində müzakirə etdik və onlar təsdiq olunacaq. Bundan başqa bir sıra qanunlar da var ki, onlara vaxtaşırı dəyişikliklər olunur və bununla bağlı müzakirələr keçirilir. Ancaq bizim əsas işimiz "Mədəniyyət haqqında" qanunla bağlı olacaq. Biz bu qanun üzərində çoxdan işləyirik. "Mədəniyyət haqqında" qanun 10 il əvvəl qəbul edilmiş bir qanundur. Çalışacağıq ki, onu müasir tələblərə, səviyyəyə uyğunlaşdıraq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb

Nizami Cəfərov: ""Mədəniyyət haqqında" qanunda əsaslı düzəlişlər ediləcək"

Payızda Bakı və Abşeronda rəqəmsal televiziya efirə çıxacaq

Kubada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Azərbaycanın etnomədəniyyəti Moldovada sərgilənib

Bölmənin digər xəbərləri
 
Oqtay Mir Qasım: "İnsanlar bir-birlərini heç bir zaman anlamır"
Oturub səssizcə izlədiyimiz film, bizi sınırsız ehtimallar üzərində düşünməyə sövq edərkən, eyni zamanda anladılan hekayələrlə dünyagörüşümüzün biçimlənməsinə təsir edər.

"Mahmud və Məryəm"i Bollivud rejissoru çəkəcək
Hollivudun qrim ustaları da işə qoşulacaq

"Sonet 129" filmi münsiflər heyətinin böyük mükafatını qazanıb
"Nərimanfilm" kinostudiyasında çəkilən "Sonet 129" sənədli filmi "Qızıl şəbəkə" 1-ci Beynəlxalq Müəllif Kinosu İnternet Festivalının "İkinci nəfəs" nominasiyasında münsiflər heyətinin böyük mükafatını qazanıb.

Köhnə qəzet və jurnalların elektron versiyası hazırlanır
Mirzə Fətəli Axundov adına Milli Kitabxana özünün arxivində yığılan köhnə qəzet və jurnalların elektron versiyasını hazırlayır.

"Kitabi Dədə Qorqud" və "Koroğlu" macar dilində
"Kitabi Dədə Qorqud" xalq eposu və "Koroğlu" dastanı macar dilinə tərcümə olunub.

Kamil Nəcəfzadənin yubileyinə - sərgi
Yanvarın 12-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində xalq rəssamı Kamil Nəcəfzadənin 80 illik yubileyinə həsr edilən sərginin açılış mərasimi olacaq.

Sankt-Peterburq truppası Bakıda tamaşa göstərəcək
Fevralın 13-14-də Sankt-Peterburq Teatr Mərkəzinin truppası Bakıya səfər edəcək.

"Leyli və Məcnun" operasının ilk nümayişi qeyd olunur
Eyniadlı tamaşa yanvarın 9-da oynanılacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər