Hal-hazırda Ayna qəzetinin 09.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 09.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Leyli və Məcnun" operasının ilk nümayişi qeyd olunur
"Leyli və Məcnun" operasının ilk nümayişi qeyd olunur
Eyniadlı tamaşa yanvarın 9-da oynanılacaq
Şənbə, 09.01.2010

mətn ölçüsü  

Yanvarın 12-də dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk dəfə nümayiş etdirildiyi gündür. Bununla əlaqədar olaraq yanvarın 9-da Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun" operasının tamaşası təqdim ediləcək. Məcnun rolunun ifaçısı, xalq artisti Mənsum İbrahimovun söylədiyinə görə, tamaşanı tərəf-müqabillərindən biri olan Nəzakət Teymurova ilə birlikdə oynayacaq. "Məlum olduğu kimi, Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyev teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün Şərqdə opera sənətinin əsası qoyuldu. Operanın yaranma tarixi və növbəti ildönümü ilə əlaqədar ayın 9-da Məcnun olaraq nöbvəti dəfə səhnəyə çıxıram. Bu mənim 2010-cu ildə ilk tamaşam olacaq".

Mənsum İbrahimov yeni yaradıcılıq planlarından da söhbət açıb. Xanəndə ötən ildən yarımçıq qalan diskini yaxın vaxtlarda tamamlamaq fikrindədir. Xalq mahnıları, təsnif və muğamlardan ibarət olacaq albom bir aya dinləyicilərin ixtiyarına veriləcək. Klip çəkdirməyə gəlincə, sənətçi bunun yalnız maddi problemlərlə əlaqəli olmadığını qeyd edib:

"Mənim video yazılarım mütəmadi olaraq, müxtəlif kanallarda nümayiş etdirilir. Bu, məni qane edir. Ona görə də hələ ki klip çəkdirmək zərurəti görmürəm. Nə vaxtsa ehtiyac duysam, yəqin ki, klip çəkdirəcəm". Mənsum İbrahimov bu ayın sonunda Misirə səfərinin gözlənildiyini də vurğulayıb. Qahirə və İsgəndəriyyədə baş tutacaq konsertlərdə xanəndəni həmişə olduğu kimi, Elçin Həşimov və Elnur Əhmədov müşayiət edəcəklər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Mini-disklə oxumaq ayıbdır"

İradə İbrahimovanın klipi Gürcüstanda çəkilib

Mənsum İbrahimovun tələbələri konsert verəcək

Londonda "Qarabağ şikəstəsi" oratoriyası səslənəcək

Diasporumuz "hücuma keçir"?

Bölmənin digər xəbərləri
 
Oqtay Mir Qasım: "İnsanlar bir-birlərini heç bir zaman anlamır"
Oturub səssizcə izlədiyimiz film, bizi sınırsız ehtimallar üzərində düşünməyə sövq edərkən, eyni zamanda anladılan hekayələrlə dünyagörüşümüzün biçimlənməsinə təsir edər.

"Mahmud və Məryəm"i Bollivud rejissoru çəkəcək
Hollivudun qrim ustaları da işə qoşulacaq

"Sonet 129" filmi münsiflər heyətinin böyük mükafatını qazanıb
"Nərimanfilm" kinostudiyasında çəkilən "Sonet 129" sənədli filmi "Qızıl şəbəkə" 1-ci Beynəlxalq Müəllif Kinosu İnternet Festivalının "İkinci nəfəs" nominasiyasında münsiflər heyətinin böyük mükafatını qazanıb.

Köhnə qəzet və jurnalların elektron versiyası hazırlanır
Mirzə Fətəli Axundov adına Milli Kitabxana özünün arxivində yığılan köhnə qəzet və jurnalların elektron versiyasını hazırlayır.

"Kitabi Dədə Qorqud" və "Koroğlu" macar dilində
"Kitabi Dədə Qorqud" xalq eposu və "Koroğlu" dastanı macar dilinə tərcümə olunub.

Kamil Nəcəfzadənin yubileyinə - sərgi
Yanvarın 12-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində xalq rəssamı Kamil Nəcəfzadənin 80 illik yubileyinə həsr edilən sərginin açılış mərasimi olacaq.

Sankt-Peterburq truppası Bakıda tamaşa göstərəcək
Fevralın 13-14-də Sankt-Peterburq Teatr Mərkəzinin truppası Bakıya səfər edəcək.

"Telekanallarda hərəkət müşahidə edilir"
Nizami Cəfərov: "Bundan sonra inkişaf da olacaq"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər