"Kitabi Dədə Qorqud" və "Koroğlu" macar dilində
|
Şənbə, 09.01.2010
|
|
mətn ölçüsü |
|
|
|
"Kitabi Dədə Qorqud" xalq eposu və "Koroğlu" dastanı macar dilinə tərcümə olunub. Bu barədə Milli Elmlər Akademiyasının Folklor İnstitutundan məlumat verilib. Bu kitablar Folklor İnstitutu ilə Budapeştdə yerləşən Avropa Folklor İnstitutunun elmi əməkdaşlığı nəticəsində və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə nəşr olunub. Qeydlər, şərhlər və izahların daxil edildiyi kitabda həmçinin arxaik türk sözlərinin mənaları da yer alıb. Böyük tirajla buraxılan hər iki kitabın gələcəkdə başqa Avropa dillərinə çevrilməsi də nəzərdə tutulur.
|
|
|
Oxşar xəbərlər:
"Koroğlu"nun quruluşunu 6 rejissor həyata keçirəcək
Macarıstanla Azərbaycan arasında hərbi sənəd imzalanacaq
|
|
|