"Mahmud və Məryəm"i Bollivud rejissoru çəkəcək
|
Hollivudun qrim ustaları da işə qoşulacaq
Şənbə, 09.01.2010
|
|
Azərbaycan və Türkiyə mədəniyyət nazirlikləri arasında müştərək film çəkilişi ilə bağlı müqavilə imzalanıb. Film Elçin Əfəndiyevin "Mahmud və Məryəm" ssenarisi əsasında çəkiləcək. Filmin çəkilişləri Türkiyənin tanınmış prodüseri Sevda Kayqısıza həvalə edilib. Belə ki, əvvəlcə müsabiqə təşkil olunub. 500 layihə içindən Sevda Kayqısızın "Mahmud və Məryəm" layihəsi qəbul olunub. Qeyd edək ki, mart ayından filmin hazırlıqları başlanır. Filmin musiqisi bəstəkar Aygün Səmədzadəyə həvalə edilib. Çəkilişlərə isə may ayından start vermək planlaşdırılıb. Filmdə Azərbaycanın və Türkiyənin tanınmış aktyorları rol alacaqlar. Baş rol Qəmər Banu obrazını Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova oynayacaq. "Mahmud və Məryəm" əsəri fantastik janrda olduğundan rejissorun Bollivuddan gətirilməsi nəzərdə tutulub. Bollivud rejissorlarının ssenari ilə tanış olması üçün əsər ingilis dilinə tərcümə olunub. Filmdə aktyorların qrimi ilə məşğul olan ustalar isə Hollivuddan dəvət olunacaq. Qeyd edək ki, filmin çəkilişlərinin 80 faizi Azərbaycanda aparılması nəzərdə tutulub. Filmdə baş rolu oynayacaq Məlahət Abbasova isə eyni zamanda prodüser Sevda xanımın köməkçisi olacaq.
|
|
|
Oxşar xəbərlər:
"Mahmud və Məryəm"ə Türkiyədə ekran həyatı
Elçinin yeni kitabı
İradə İbrahimovanın "şipşirin" Elçinlə ilk dueti
|
|
|