Ana və uşaq sağlamlığının cəmiyyət üçün vacibliyini geniş şərh etməyə lüzum yoxdur. USIAD tərəfindən maliyyələşdirilən İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin ana, yenidoğulmuşlar və uşaq sağlamlığı üzrə məsləhətçisi, reproduktiv sağlamlıq və ailə planlaşdırması üzrə milli koordinator köməkçisi Arunas Liubşis isə bu qənaətdədir ki, ölkəmizdə qadınların 90 faizi hamiləliklə bağlı baş verən proseslərdən məlumatsızdır:
"Hamiləliyin normal gedişatında müəyyən dövrlər olur. Belə ki, birinci trimestr 0-13 həftəni, ikinci trimestr 14-26, üçüncü trimestr isə doğuşdan öncə 27 həftəni əhatə edir. Qadınların əksəriyyəti dölün inkişafı və yetişməsi, onun xüsusiyyətləri barədə heç nə bilmirlər. Normal hamiləlik üçün bu müddətdə tibbi nəzarətin, vitamin B9-fol turşusunun qəbulunun vacibliyindən də xəbərsizdirlər. Azərbaycanda hər kəs kiloqramlarla həblər qəbul edir. Halbuki döl üçün təhlükəli ola biləcək dərman vasitələrindən həkim məsləhəti əsasında imtina vacibdir".
Məlumdur ki, Azərbaycanda bir çox tibb müəssisələrində rekonstruksiya işləri aparılıb və aparılmaqdadır. Bu da öz növbəsində hamilə qadınların və uşaqların daha yüksək keyfiyyətli tibbi xidmətlərlə təmin edilməsi üçün zəmindir. A.Liubşis isə deyir ki, bu yöndə fəaliyyətlər haqqında əhalinin məlumatı olduqca azdır.
|