Hal-hazırda Ayna qəzetinin 31.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə axşamı | 31.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Yeddi nəşr "reket" elan edildi
Mətbuat Şurası bu il üçün son iclasını keçirdi
Cümə axşamı, 31.12.2009

C.Məmmədov mətn ölçüsü  

Dünən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin 2009-cu ildə son iclası keçirilib. Xəbərə görə, iclasın gündəliyinə qurumun illik fəaliyyətinə dair hesabatı, Şikayətlər üzrə Komissiyasının rəyləri əsasında Mətbuat Şurasının qərarlarının çıxarılması, Mətbuat Şurası "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında qərarların çıxarılması və MŞ sıralarına qəbul məsələləri salınıb. İdarə Heyətinin üzvləri hesabatı müsbət qiymətləndiriblər. Hesabat əlavə və təkliflərlə birgə 2010-cu ilin yanvarında media və ictimaiyyətə təqdim olunacaq.

MŞ sıralarına qəbulla bağlı 5 müraciətə baxılıb. Müzakirələrdən sonra "Ailə həkimi", "Birlik", "Azərbaycan nəşrləri" jurnalları və "Media və Mülki Cəmiyyət" İctimai Birliyi MŞ sıralarına qəbul olunub. Qərara gəlinib ki, "Yeni xəbər" qəzetinin bir illik saylarının monitorinqi aparıldıqdan sonra bu nəşr MŞ sıralarına qəbul oluna bilər.

Sonra Şikayətlər üzrə Komissiyanın və "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında da qərarlar çıxarılıb. "Gündəlik Bakı", "Zərbə", "Tolerant Azərbaycan", "Əsas xəbər", "Dünya kriminal", "Güzgü" qəzetlərinin və "Mozalan" jurnalının adları "reket nəşr" elan olunaraq, "Bizim vətən" qəzetinin adı isə xəbərdarlıq edilərək Şuranın "qara siyahı"sına salınıb.

"Qara siyahı"ya düşən bir sıra nəşrlər MŞ-yə fəaliyyətlərində dönüş yaratdıqları barədə müraciətlər ünvanlayıblar. Buna görə də iclasda "qara siyahı"ya düşən nəşrlərin oradan çıxarılması ətrafında da müzakirələr gedib. Bildirilib ki, bu məsələ MŞ-nin "Reket nəşr"lərin müəyyənləşdirilməsinə dair Təlimatında nəzərdə tutulan müddəalara uyğun olaraq tənzimlənəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Milli mətbuatın 135 illik yubileyi qeyd ediləcək

Reketlərə hökm oxundu

Bölmənin digər xəbərləri
 
Eynulla Fətullayevin cəzası üç il də artırıla bilər
Həbsdə olan baş redaktorun üstündən heroin aşkarlanıb?

Dünyanı yeni elmi kəşflər gözləyir
O biri planetlərə uçuşların müddəti qısalacaq

Qış Parkında işlər ləngiyir
Bəzi sakinlər kompensasiyanın məbləği ilə razılaşmır

Telekanalların Yeni il sürprizləri
Hamısı bir ağızdan xoş ovqat vəd edir

İçərişəhər Yeni ilin gəlişinə hazırlanıb
Şirvanşahlar Sarayında uşaqlar üçün şənliklər düzənlənəcək

Baş Prokurorluqda əməliyyat müşavirəsi
Cinayətlərin 14 faizi açılmamış qalır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər