Hal-hazırda Ayna qəzetinin 31.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə axşamı | 31.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
2010: gözlənən siyasi və hərbi hadisələr
2010: gözlənən siyasi və hərbi hadisələr
Martda cəbhədə gərginlik yarana bilər. 90-a yaxın deputat isə yenidən seçiləcək...
Cümə axşamı, 31.12.2009

C.Məzahiroğlu mətn ölçüsü  

Gələn il Azərbaycanın siyasi və hərbi spektrində diqqətçəkən hadisələrin baş verməsi gözlənir. "Future" Araşdırma-Proqnoz Mərkəzi ekspertlərinin "Ayna"ya açıqladıqları təxminlərinə görə, dəyişiklik əsasən siyasi və hərbi sahələri əhatə edəcək. Azərbaycan iqtisadiyyatının artım tempi 2009-cu il səviyyəsində qalacaq. "Future" ekspertlərinin fikrincə, Dağlıq Qarabağ münaqişəsini nizamlama prosesindən gələn il çox şey gözləmək olar.

Mərkəz 2008-2009-cu illərdə baş verən hadisələri nəzərdən keçirərək qarşıdakı Pələng ilində Azərbaycanda reallaşa biləcək hadisələrin simulyativ proqnozunu təqdim edir. Beləliklə,

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında gərginlik

İlin birinci yarısında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ciddi dəyişiklik olacağı gözlənilir. Proses aşağıdakı qaydada baş verə bilər: Fevralın əvvəllərində həmsədrlər iki ölkə XİN başçılarının və prezidentlərinin növbəti görüş vaxtını elan edəcəklər. Bundan sonra XİN başçılarının görüşü gözlənir və nazirlər ölkə rəhbərlərinin görüş vaxtını konkretləşdirəcəklər. İlkin ehtimallara görə, prezidentlərin görüşü martın birinci ongünlüyündə Moskvada baş tutacaq. Bu görüşdən az sonra cəbhə xəttində atəşkəs rejiminin pozulacağı, erməni tərəfin hücuma keçəcəyi və böyük itki ilə geri çəkiləcəyi proqnozlaşdırılır. Bunun ardınca həmsədr dövlətlər - ABŞ, Rusiya və Fransa dövlət başçılarının bəyanatları səsləndiriləcək və onlar Azərbaycan və Ermənistan prezidentlərini sülh sazişi imzalamağa çağıracaqlar.

Cəbhə xəttində baş verən sözügedən olay Azərbaycan və Ermənistan cəmiyyətlərində müəyyən siyasi gərginliyə səbəb ola bilər. Ermənistan paytaxtında izdihamlı aksiyaların keçiriləcəyi, müxalifət fəallarının həbsi mümkündür.

Ermənistan və Türkiyə arasında imzalanmış protokolların təsdiqlənməsi və həyata keçirilməsi ilə bağlı bu ərəfədə yeni xəbərlər olacaq. Qarabağ cəbhəsində vəziyyətin gərginləşməsi bu sənədlərin həyata keçirilməsini təxirə salacaq. Yaranmış vəziyyət beynəlxalq güclərin prosesə müdaxilə etmələrinə səbəb ola bilər. Bu təzyiqlər Türkiyəyə olduğu kimi, Ermənistana da olacaq. Ümumiyyətlə, 2010-cu il Ermənistan üçün çətin il hesab edilir.

REKLAM

Gələn il ərzində Ermənistan hakimiyyətinin ictimaiyyətdə reytinqi kəskin şəkildə düşəcək, ölkədə qərbpərəst qüvvələr fəallaşacaq.

Gələn ilin mart-aprel aylarında Dağlıq Qarabağ münaqişəsini nizamlama ilə bağlı Azərbaycan və Ermənistanda yaranmış gərginlik, düşmənçilik ovqatının yüksəlməsi həmsədrləri prezidentlərin növbəti görüşünü hazırlamağa tələsdirəcək. İlkin ehtimalla Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü mayda Paris və ya Brüsseldə ola bilər. Həmsədrlər danışıqlar prosesində yeniliklərin əldə olunduğunu bildirəcəklər, erməni tərəfi Qarabağətrafı rayonların işğaldan azad olunması ilə bağlı prosesin başlanmasına şifahi razılıq verəcək. Lakin bu prosesin rəsmiləşməsinin 2010-cu ilin sonlarından, 2011-ci ilin əvvəllərindən tez başlanması güman edilmir.

2010-cu ilin sonlarında, çox böyük ehtimalla noyabr ayında münaqişənin nizamlanması üzrə növbəti görüşlər keçiriləcək.

İndiki deputatlardan 90-a yaxını yerində qalacaq

Parlament seçkiləri ciddi hadisələrlə müşayiət olunacaq. Azərbaycan müxalifətinin seçki öncəsi geniş toplantı keçirməsi və əməkdaşlığa dair razılığa gəlməsi mümkündür. Müsavat və AXCP arasında seçkilərə münasibətdə yekdil münasibət nümayiş olunmasına dair xüsusi razılaşma imzalanması, bu razılaşmaya daha sonra 10-a yaxın siyasi partiyanın və qurumun qoşulması gözlənilir. Lakin seçkinin gedişi zamanı həmin qurumların birlik nümayiş etdirəcəyi şübhə doğurur.

Parlament seçkisi öncəsi Azərbaycanda iki yeni seçki qurumunun yaradılması gözlənilir. Bunlardan biri iqtidar qüvvələrinə, digəri isə müxalifətə yaxın olacaq. Avqust-sentyabr aylarında müxalifət qüvvələri şəhərin mərkəzində kütləvi aksiya keçirməyə cəhd edəcəklər. Lakin bu aksiyanın qarşısı alınacaq. Müxalifət partiyalarından birində hazırda rəhbər mövqe tutan şəxslərdən birinin hüquq-mühafizə orqanları tərəfindən saxlanması ehtimalı var. Həmin şəxs parlament seçkilərindən çox sonra, 2011-ci ilin ortalarında azadlığa buraxılacaq. Yeri gəlmişkən, 2010-cu ildə Azərbaycanda yeni əfv fərmanının imzalanası gözlənilir ki, nəticədə 10-a yaxın siyasi məhbus adlandırılan şəxs azadlığa çıxa bilər. Onların arasında "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin də olacağı mümkün sayılır.

Parlament seçkiləri ərəfəsində müxalifətin Qərb siyasi qüvvələri ilə təmasları artacaq. Beynəlxalq təşkilatlar tərəfindən parlament seçkilərinin demokratik keçirilmədiyinə dair bəyanatlar səsləndirilə bilər. Sentyabrda ABŞ Dövlət Departamentinin yüksəkvəzifəli şəxsinin Azərbaycana səfəri gözlənilir.

Parlament seçkisi öncəsi insanların tanımadığı şəxslər cəmiyyətə təqdim olunacaq. Bu şəxslər arasında bir çoxu hakimiyyətin mövqeyini tam dəstəkləyənlərdir.

Parlamentin hazırkı üzvləri arasından təxminən 90-a yaxın şəxsin yeni parlamentdə təmsil olunacağı gözlənilir. Parlamentə Müsavat-ACXP qrupundan 3-4, digər müxalifət adlandırılan qurumlardan 7-8 namizədin düşməsi gözlənilir. Eyni zamanda, yeni parlamentdə Azərbaycanın mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən 10-a yaxın tanınmış şəxsin yer alması ehtimalı var. Parlamentə düşmək üstündə iddialı şəxslərdən bəziləri hazırda bir sıra KİV-lərdə rəhbər vəzifə tuturlar. Lakin onlardan heç də hamısı bu seçkini qazanmayacaq. Parlamentə düşmək imkanını əldə edən KİV rəhbərlərindən birinin təbliğat kampaniyası tanınmış müxalifət partiyasında parçalanmaya səbəb ola bilər.

Qəbələ RLS-lə bağlı üçtərəfli işçi qrupu yaradıla bilər

2010-cu ilin aprelində ABŞ Müdafiə Nazirliyindən böyük bir heyətin Azərbaycana səfəri gözlənilir. Səfər çərçivəsində ABŞ rəsmiləri Azərbaycanla əməkdaşlığın səviyyəsini müzakirə edəcəklər. Eyni zamanda, Qəbələ RLS-lə bağlı vəziyyət diqqət mərkəzində olacaq.

2010-cu ilin iyun ayında ABŞ müdafiə naziri Robert Qeytsin Rusiyaya səfəri baş tuta bilər. Səfər çərçivəsində aparılan danışıqlarda postsovet məkanında hərbi-siyasi vəziyyət, o cümlədən ABŞ-ın Raket Əleyhinə Müdafiə sisteminin taleyi ilə bağlı məsələlər diqqət mərkəzində ola bilər. ABŞ və Rusiya müdafiə nazirlərinin Qəbələ RLS-dən birgə istifadə ilə bağlı niyyət protokolu imzalaması gözlənilir və yekun sənədin razılaşdırılması prosesinə Azərbaycanın hərbi-siyasi rəhbərliyinin dəvət olunması gözlənilir.

Noyabrda Moskvada bu məsələ ilə bağlı ekspertlər səviyyəsində görüş proqnozlaşdırılır. Bu görüşün nəticəsi olaraq üçtərəfli işçi qrupunun yaradılması ilə bağlı tövsiyələr səsləndirilə bilər. Ümumi proqnoz belədir ki, Pələng ilində Qəbələ RLS-in birgə istifadəsi baş tutmayacaq. Tərəflər bununla bağlı detallı tədbirləri 2011-ci ilə saxlayacaqlar.

Silahlı Qüvvələrdə islahatlar sürətlənəcək

2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrində bir sıra islahatlar gözlənir. Bəlli olduğu kimi, Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (IPAP) üçüncü hissəsi gələn il razılaşdırılacaq. Sənəd çərçivəsində Azərbaycan tərəfinin Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Baş Qərargahında ştat-struktur islahatlarını başa çatdırması gözlənilir. Nazirlikdə yeni qurumların yaradılması ehtimalı var. Silahlı Qüvvələrin və Müdafiə Nazirliyinin simasının dəyişdirilməsi proqnozlaşdırılır.

Gələn ilin ortalarında Silahlı Qüvvələrin və ona bərabər tutulan digər hərbi birləşmələrin şəxsi heyətinin məvaciblərinin artırılması gözlənir. Ehtimallara görə, iyunda - Silahlı Qüvvələr günü ərəfəsində hərbçilərin məvacibləri 25-35 faiz artırılacaq. Bununla yanaşı, hərbi sahədə pensiya islahatlarına başlanacağı da ehtimal edilə bilər. Bu islahatların hərbi pensiyaçıların rifahına xidmət edib-etməyəcəyi barədə indidən nəsə demək çətindir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Qarabağ" Avropada yürüşünü davam etdirir

Qəbələdə musiqi festivalı keçiriləcək

Rusiya üçün RƏM planı

Pentaqon Azərbaycan Ordusuna yardımlara başlayır

2010 bahalaşma ilə yadda qalacaq

Bölmənin digər xəbərləri
 
Xarici hərbi siyasət: 2009-cu ilin yekunları
Azərbaycan üçün beynəlxalq hərbi-texniki əməkdaşlıq baxımından diqqətçəkən il idi

Səfirimiz Qazaxıstan prezidentini təəccübləndirib
Səfir Lətif Qəndilov Astananı Nursultan Nazarbayevin şərəfinə Sultan-Ata adlandırmağı təklif edib

İlham Əliyev Batumi sammitində iştirak edəcək
Prezident İlham Əliyev Batumidə keçiriləcək beynəlxalq enerji sammitində iştirak edəcək.

Parlament bu illik işini bitirdi
Son plenar iclasda yaşananlar

Rusiya prezidenti Azərbaycan prezidentinə təbrik məktubu göndərib
"2009-cu il Rusiya-Azərbaycan münasibətlərinin ən müxtəlif istiqamətlərdə inamlı inkişafı ilə yadda qalıb".



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər