Prezident İlham Əliyev Batumidə keçiriləcək beynəlxalq enerji sammitində iştirak edəcək. APA-nın Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan enerji nazirinin müavini, xanım Nino Yenukidze bildirib. Onun sözlərinə görə, artıq 6 prezident yanvarın 14-15-də keçiriləcək sammitdə iştirakını təsdiqləyib. N.Yenukidze deyib ki, Azərbaycan, Polşa, Ukrayna, Latviya və Litva prezidentləri ilə yanaşı, daha bir prezidentin sammitə qatılacağı gözlənilir.
Nazir müavini sammitdə müzakirə olunacaq məsələlərin hazırda razılaşdırma mərhələsində olduğunu da deyib.
|