Hazırda Türkiyədə olan Azəri qızı Günel ağ gəlinlik libası seçərkən türk maqazinçiləri tərəfindən yaxalanıb. Media işçilərinin suallarını cavabsız qoyan müğənni seçimi yarımçıq buraxaraq, məkanı tərk edib. Türk mətbuatının yazdığına görə, müğənni ticarət mərkəzinə anası ilə birlikdə gəlib. Gəlinlik paltarlarının satışı ilə məşğul olan mağazaları dolaşan müğənni ölçüsünə uyğun libaslar üzərində bir qədər düşünüb. Lakin maqazinçilərin müdaxiləsi onun bu seçimini tamamlamağa imkan verməyib.
Türk mətbuatında yazılan xəbərlərdə deyilir ki, Günelin gəlinlik seçməkdə bir niyyəti ola bilər. Son günlər əski sevgilisi Rza Zərrabla münasibətlərini qaydaya salan azəri qızının ailə quracağı deyilir. Lakin Günel susmaqda davam edir və adının eyni mövzuda növbəti dəfə hallandırılmasını istəmir.
Xatırladaq ki, əslən azərbaycanlı olan Rza Zərrabın türk sənətçi Ebru Gündeşlə molla kəbini ilə ailə həyatı qurduqları deyilir. Son aylar birlikdə tətil proqramları seçən cütlük barəsində növbəti xəbər yayılıb. Belə ki, Ebrunun ana olacağı deyilir. Artıq onun Rzanın ailə üzvləri ilə birlikdə səmimi şam yeməyi yediyi də maqazin müxbirlərinin yazılarında əks olunub. Buna qədər isə Rza Zərrabın valideynlərinin Ebrunu qəbul etmədiyi xəbərləri yayılmışdı.
Günelə gəlincə, onun da Rza Zərrabla ailə həyatı quracağı yazılıb. Lakin tərəflər susduğundan xəbər tam şəkildə təsdiqini tapmayıb.
|