Hal-hazırda Ayna qəzetinin 31.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə axşamı | 31.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Ordunun aynası  
 
 
Cənubi Qafqaz ölkələrinin Əfqanıstan strategiyası
Cənubi Qafqaz ölkələrinin Əfqanıstan strategiyası
2010-cu il üçün qeyri-sabit ölkəyə davamlı dəstək nə vəd edir?
Cümə axşamı, 31.12.2009

mətn ölçüsü  

Hərbi Analitik Tədqiqatlar Mərkəzi

Son vaxtlar Əfqanıstanda vəziyyət dünyanın diqqət mərkəzindədir. 2010-cu ildə NATO-ya üzv ölkələrin Əfqanıstana diqqətinin artacağı proqnozlaşdırılır. Xatırladaq ki, dekabrın 1-də ABŞ prezidenti Barak Obama Vest-Poynt Hərbi Akademiyasında çıxışı zamanı bildirib ki, ölkəsinin Əfqanıstandakı hərbçilərinin sayı daha 30 min artırılacaq. Hərbçilərin sayının artırılması artıq 2011-ci ildə qoşunların bu ölkədən çıxarılmasına imkan verəcək. Ağ evin yaydığı rəsmi açıqlamada bildirilir ki, 30 min hərbçi 2010-cu ilin əvvəlində Əfqanıstana göndəriləcək. Hərbi rəhbərlik hesab edir ki, qoşunların sayının artırılması qarşıya qoyulan məqsədə daha tez çatmağa kömək edəcək və artıq 2011-ci ildə bütün səlahiyyətləri Əfqanıstan hökumətinə təhvil verməyə şərait yaradacaq.

Dekabrın 2-də NATO baş katibi Anders Foqh Rasmussen Obamanın Əfqanıstanda qoşunların sayını artırmaq qərarını alqışlayıb. Rasmussen deyib ki, Şimali Atlantika Alyansının 25 üzvü Amerikanın başçılığı altında Əfqanıstanda olan hərbi missiyanın tərkibində əlavə 7 min əsgər göndərəcəklərinə boyun olub. Bu əsgərlər Birləşmiş Ştatların Əfqanıstana göndərəcəyi 30 min hərbi qüvvəyə əlavə ediləcək. 20-yə yaxın ölkənin Əfqanıstana əlavə qüvvələr göndərəcəyi gözlənilir.

Prezident Obamanın yeni strategiyasına cavab olaraq yayılan bəyanatda Taliban deyib ki, Birləşmiş Ştatların Əfqanıstana dair yeni strategiyası işləməyəcək və xarici qoşunlar arasında yeni və daha böyük itkilərə səbəb olacaq. Kabildə çıxış edərkən Əfqanıstandakı ABŞ və NATO qoşunlarının komandanı general Stenli MakKristal deyib ki, əlavə resurslardan istifadə edərək Talibanı qələbə çala bilməyəcəyinə inandırmaq və ona üsyançılıq fəaliyyətinə ləyaqətli yolla son qoymaq təklifini vermək istəyir. O, bunu da deyib ki, beynəlxalq təşəbbüslər Əfqanıstan hökumətinin özünün mükəmməl idarəçiliyi ilə dəstəklənməlidir. Bu arada qeyd edək ki, alyansın aparıcı ölkələrindən olan Türkiyə Əfqanıstana əsgər göndərməyəcəyini bəyan etdi.

Əfqan probleminin yaranması və ISAF-ın rolu

Əfqanıstanda vəziyyət və Əfqanıstanda Beynəlxalq Təhlükəsizlik Yardım Qüvvələrinin (ISAF) rolu - dünya dövlətlərinin Əfqanıstanda vəziyyətin sabitləşdirilməsi üçün NATO-nun himayəsi altında formalaşdırılan missiyadır. 2001-ci ildən etibarən fəaliyyət göstərir. Əfqanıstanda hazırda ISAF qüvvələrinin sayı 70 min nəfərdir. Tezliklə onların sayı 17 min Amerika hərbçisinin hesabına (ölkədə artıq təqribən 30 min Amerika əsgəri və zabiti var) 87 min nəfərə çatacaq.

ISAF qüvvələri 2001-ci il 11 sentyabr hadisələrindən sonra yaradılıb.

REKLAM

2001-ci il sentyabr ayının 18-də ABŞ prezidenti Corc Buş Konqresin 2 palatasının birgə qətnaməsini imzaladı. Bu qətnamələr 11 sentyabr teraktlarına məsuliyyət daşıyanlara qarşı istənilən qüvvəni tətbiq etməyi nəzərdə tuturdu ki, sonradan bu sənəd Əfqanıstandakı müharibə üçün hüquqi sənəd oldu. Əfqanıstanda döyüş əməliyyatları 2001-ci ilin 7 oktyabrında bomba və raket zərbələri seriyası ilə başladı. Britaniya hərbçiləri ABŞ-a kömək göstərdilər, Kanada, Avstraliya, Almaniya və Fransa gələcəkdə kömək etməyə söz verdilər. Taliblərə qarşı yerüstü əməliyyatların əsas hissəsini Əfqanıstanın "Şimal Alyansı" həyata keçirirdi. Dekabrın 5-də BMT-nin himayəsi altında antitalib əfqan qruplaşmaları ilə "Bonn müqaviləsi" imzalandı və bu sənəd çərçivəsində müvəqqəti dövlət başçısı Həmid Qərzay oldu. Öz növbəsində BMT Təhlükəsizlik Şurası dekabrın 20-də müvəqqəti əfqan orqanına Kabildə və yaxın rayonlarda təhlükəsizliyi təmin etmək üçün ISAF-ın yaradılmasına dair qətnamə qəbul etdi. İlkin mərhələdə bu qüvvələrə Britaniya hərbçiləri qoşuldu. 2002-ci ilin aprelində prezident Buş ilk dəfə olaraq ABŞ-ın Əfqanıstana dair strateji planlarını açıqladı. O, Avropanın ikinci dünya müharibəsindən sonra bərpa olunmasını xatırladaraq Əfqanıstana münasibətdə yeni "Marşal planı"nı gerçəkləşdirməyə çağırdı. 2001-2009-cu illərdə ABŞ Konqresi Əfqanıstanın inkişafı və humanitar yardımlar üzrə müxtəlif proqramlara 38 milyard dollardan artıq vəsait ayırıb. Bir neçə il bundan öncə ABŞ xüsusi struktur - "Əyalət Bərpa Qüvvələri" (ƏBQ) yaratdı. Onların məqsədi yerli hakimiyyətə dinc həyatın qurulmasında yardım göstərmək idi. Daha sonra ƏBQ-in işində qoşunları Əfqanıstanda olan digər dövlətlər də iştirak etməyə başladılar. Faktiki olaraq bu strukturların yardımı ilə Əfqanıstan üçün "Marşal planı" gerçəkləşməli idi. Məhz bu vaxtdan etibarən beynəlxalq təşkilatlar (misal üçün, Dünya Bankı) və ayrıca donor dövlətlər Əfqanıstanda humanitar layihələr - yollar, məktəblər, xəstəxanalar və s. gerçəkləşdirməyə başladılar. ƏBQ onların təhlükəsizliyini təmin etməli idi. Bu günə qədər hesab edilir ki, taliblərlə və beynəlxalq terrorçularla mübarizədə uğurun açarı ölkədə normal həyatın yaradılmasıdır.

2003-cü il may ayının 1-də Kabilə gəlmiş ABŞ müdafiə naziri Donald Ramsfeld bildirdi ki, Əfqanıstanda nəhəng hərbi əməliyyatlar başa çatıb. O dövrdə Əfqanıstan və ABŞ ölkədə Amerika qoşunlarının mövcudluğu üçün hüquqi baza yaratdılar. Faktiki olaraq onların hüquqi statusu əcnəbi səfirliklərin əməkdaşlarına bərabər oldu.

2003-cü ilin avqustunda ISAF üzərində nəzarət NATO-ya keçdi. Bu, alyansın tarixində ilk dəfə olaraq Avropa qitəsindən kənarda əməliyyatların aparılması idi. NATO Atlantik Xartiyanın 5-ci maddəsini yerinə yetirərək oyuna daxil oldu. İlkin mərhələdə ISAF qüvvələri Kabilin təhlükəsizliyini təmin etməli idi. Tədricən onların məsuliyyət zonaları və sayı artmağa başladı.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Bölmənin digər xəbərləri
 
Layihənin dəstəyi: NATO-nun İctimai Diplomatiya Bölməsi

Məsul redaktordan
Ön söz

NATO-nun yeni strateji konsepsiyası
Proqnozlaşdırılan dəyişikliklər və onların Cənubi Qafqaz ölkələrinə təsiri

Silahlı Qüvvələrin mülkiləşdirmə prosesi
IPAP-ın üçüncü mərhələsində nələr nəzərdə tutulur?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər