Hal-hazırda Ayna qəzetinin 31.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə axşamı | 31.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Ordunun aynası  
 
 
Məsul redaktordan
Məsul redaktordan
Ön söz
Cümə axşamı, 31.12.2009

mətn ölçüsü  

"Ordunun Aynası" bu il sonuncu dəfə görüşünüzə gəlir. Ümumiyyətlə, bizim fəaliyyətimizin üçüncü mərhələsi başa çatır. 2005-ci ildən bu yana fəaliyyət göstərən "Ordunun Aynası" NATO-nun İctimai Diplomatiya Bölməsi tərəfindən dəstəklənir. Ötən dövrdə əlavədə Azərbaycanın NATO ilə əməkdaşlığı, bu çərçivədə imzalanmış çoxsaylı sənədlər, müdafiə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatların vəziyyəti, problemlər, gözləntilər və s. haqqında çoxsaylı təhlillər, şərhlər, müsahibələr, yanaşmalar əksini tapıb.

"Ordunun Aynası" fəaliyyət göstərdiyi dövrdə əsasən ordu islahatları, Azərbaycanın NATO ilə əməkdaşlıq planları ilə bağlı ictimai məlumatlandırma məqsədini hədəf götürüb. Buna nə dərəcədə nail olub-olmadığımızı yəqin ki, oxucular daha yaxşı bilər. Fəaliyyət göstərdiyimiz dövrdə bizə informasiya dəstəyi göstərdiklərinə görə xarici işlər, müdafiə, milli təhlükəsizlik nazirliklərinin, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin rəhbərliklərinə təşəkkürümüzü bildiririk. Təşəkkürümüz həm də 4 il ərzində bizi daim dəstəkləyən NATO İctimai Diplomatiya Bölməsinin əməkdaşlarına ünvanlanır.

"Ordunun Aynası"nın 2010-cu ildə də davam edəcəyinə ümid edirik. Amma bundan asılı olmayaraq "Ayna" qəzeti yeni ildə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda, Silahlı Qüvvələrdə baş verən prosesləri işıqlandırmaqda, necə deyərlər, ictimaiyyəti məlumatlandırmaqda davam edəcək.

Hələlik, "Ordunun Aynası" əlavəsinin qarşınızdakı buraxılışı 2009-cu ilin yekunlarına və 2010-cu il gözləntilərinə həsr olunur. Buraxılışın hazırlanmasında Azərbaycanda müdafiə və təhlükəsizlik sektoru üzrə "beyin mərkəzi" kimi çıxış edən yeganə qurum - Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) araşdırmalarından istifadə olunub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Layihənin dəstəyi: NATO-nun İctimai Diplomatiya Bölməsi

NATO-nun yeni strateji konsepsiyası
Proqnozlaşdırılan dəyişikliklər və onların Cənubi Qafqaz ölkələrinə təsiri

Cənubi Qafqaz ölkələrinin Əfqanıstan strategiyası
2010-cu il üçün qeyri-sabit ölkəyə davamlı dəstək nə vəd edir?

Silahlı Qüvvələrin mülkiləşdirmə prosesi
IPAP-ın üçüncü mərhələsində nələr nəzərdə tutulur?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər