Hal-hazırda Ayna qəzetinin 31.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə axşamı | 31.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Sifarişli qatilə hökm oxundu
Gürcüstan vətəndaşı olan azərbaycanlıya 14 il iş kəsildi
Cümə axşamı, 31.12.2009


S.ABBASZADƏ
mətn ölçüsü  

Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycanda sifarişli qətllər törədilməsində iştirakda təqsirləndirilən Gürcüstan vətəndaşı Nəbi Əflatun oğlu Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən Nəbi Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 1969-cu il doğumlu Nəbi Əflatun oğlu Əliyev 2009-cu il fevralın 20-də Özbəkistanda tutularaq Bakıya gətirilib. Nəbi Əliyev xüsusilə ağır cinayətlərdə təqsirləndirilərək, 15 il azadlıqdan məhrum edilən Gürcüstan vətəndaşı Müğdət Ömərovun dəstəsinin üzvüdür.

İstintaq müəyyən edib ki, Müğdət Ömərov atası İmran, qardaşları Naqmat və Hümmət, tanışları Füzuli Məmmədov, Şahbaz Eminov, Nəbi Əliyev, Bəylər Allahverdiyev, Fərəc Fərəcov və Ramiz Ələkbərovdan ibarət dəstə yaradıb. Müğdət Ömərov dəstəsinin üzvlərini odlu və soyuq silahlarla silahlandırıb. Cinayətkar dəstə çoxsaylı basqınlar törədib, adam oğurluğu ilə məşğul olub. Dəstə başçısı Müğdət Ömərov, dəstənin üzvləri - Naqmat və Hümmət Ömərovlar, Şahbaz Eminov, Bəylər Allahverdiyev, Fərəc Fərəcov, Ramiz Ələkbərov 2005-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakimə olunublar və müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

2008-ci ilin sonlarında Nərimanov rayon Polis İdarəsi 18-ci polis bölməsinin əməkdaşları dəstənin daha bir üzvü, hadisələr cərəyan edən vaxt adı istintaqa məlum olmayan 1966-cı il təvəllüdlü Füzuli Vahid oğlu Məmmədovu Sabunçu rayonu ərazisində həbs ediblər. Müğdət Ömərov dəstəsinin üzvü Füzuli Məmmədova iş adamı Vahid Ağalarovun qətlə yetirilməsini sifariş verib. M.Ömərovdan sifariş alan Füzuli Məmmədov dəstənin digər üzvləri ilə birlikdə iş adamını vəhşicəsinə qətlə yetirib. Onlar cinayəti Bakı-Samux yolunun kənarında, Çaylı kəndindəki Alaqışlaq adlanan sahədə törədiblər və meyitə od vuraraq yandırıblar. Füzuli Məmmədov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N. Əliyev 2000-ci ilə kimi qüvvədə olmuş Cinayət Məcəlləsinin 70-ci (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılması), 94-cü maddənin 1-ci və 8-ci bəndləri (qəsdən adam öldürmə), hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 217-ci (banditizm), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ərini qətlə yetirən qadın məhkum edildi

Ata-anasını görmək istədi...Əri boğazına bıçaq çəkdi

Ərinin başını çəkiclə əzən qadına hökm oxundu

Homoseksualistin qatili müttəhimlər kürsüsündə

Qızını öldürən ata peşman deyil

Bölmənin digər xəbərləri
 
Fırıldaqçı "xeyriyyə"çilər
"Qalaktika Kosmos"un rəhbəri və əməkdaşından 1 milyon manatlıq dələduzluq

"Polis zabiti nişanlımı zorlayıb"
Mahir Əsgərov: "Nişanlımı öldürdükdən sonra həmin polis zabitini də öldürmək qərarına gəldim"

Kiçik çavuş məhkum edildi
Səbəbi: qeyri-nizamnamə hərəkətləri



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər