![]() |
çap et |
|
|||
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı şəhər sakini Mahir Tahir oğlu Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Mahir Əsgərov 2009-cu il yanvarın 15-də Şüvəlanda Əlizadə Pərvanə Telman qızına zor tətbiq etməklə onunla cinsi əlaqədə olduqdan sonra boğaraq öldürüb və üzərinə benzin tökərək yandırıb...
Mahir Əsgərovun barəsində tərtib edilmiş ittiham aktında diqqəti çəkən ən maraqlı məqamlardan biri də təqsirləndirilən şəxsin etdiyi hadisələrə Əzizbəyov rayon Polis İdarəsinin 1-ci polis bölməsinin təhqiqatçısı Fəxrəddin adlı polis işçisinin səbəb olduğunu göstərib. Ən qəribəsi də odur ki, həmin polis zabitini istintaq orqanı dindirməyib və təqsirləndirilən şəxsin bu ifadəsinin üstündən sükutla keçib. Cinayət işinin materiallarına əsasən, Mahir Əsgərov Milli Təhkükəsizlik Nazirliyinə ünvanladığı məktubda sevdiyi qız Pərvanə Əlizadəni əvvəlcədən planlaşdırdığı şəkildə, yanvarın 15-də idarə etdiyi "VAZ-2103" markalı avtomobilində, DRES adlanan ərazidəki klubun arxa tərəfində boğaraq qətlə yetirdiyini etiraf edib. Tahir Əsgərov daha sonra meyiti Şüvəlan gülçülük bağ massivi adlanan əraziyə aparıb və orada dörd tərəfi hasarla bağlı olan ərazidə üzərinə benzin tökərək yandırıb. Mahir Əsgərov cinayət işi üzrə ifadəsində qeyd edib ki, Pərvanə Əlizadəni Əzizbəyov rayon Polis İdarəsinin 1-ci polis bölməsində təhqiqatçı işləyən polis zabiti Fəxrəddin adlı şəxslə intim əlaqədə olduğuna görə öldürüb: "2007-ci ildə Fəxrəddin torpaq mübahisəsinə görə anamı günahsız yerə həbs etdirdi. Bu azmış kimi, anamı müdafiə edərkən məni də şərləyib həbsə atdırdı. Bununla kifayətlənməyərək, həbsdə olduğum müddətdə sevdiyim qıza, Pərvanəyə də hədə-qorxu gələrək özü ilə intim əlaqədə olmağa məcbur edib. Azadlığa çıxdıqdan sonra bu xəbəri eşidəndə çox pis təsirləndim. Nəticədə Fəxrəddini, Pərvanəni və özümü öldürmək qərarına gəldim". Tahir Əsgərov daha sonra bildirib ki, Pərvanə ilə üç il əvvəl Yeganə adlı qızın vasitəsi ilə tanış olub. Onun sözlərinə görə, Yeganə Pərvanəgilin evinin telefon nömrəsini ona verib, o da zəng vuraraq Pərvanə ilə tanış olmuş və 3 il müddətində Pərvanə ilə qeyri-rəsmi yaşayıblar. Onun sözlərinə görə, Pərvanənin başqa şəxslərlə də cinsi əlaqədə olduğunu isə 2008-ci ilin axırlarında başa düşüb: "Pərvanə ilə söhbət edərkən Əzizbəyov rayon Polis İdarəsinin 1-ci polis bölməsinin təhqiqatçısı Fəxrəddin onu hədələyərək cinsi əlaqədə olmağa məcbur etdiyini etiraf etdi. Fəxrəddinin hərəkətini özümə sataşmaq kimi qəbul etdim və Pərvanəni öldürmək qərarına gəldim. Pərvanə ilə Şüvəlan qəsəbəsində yerləşən ziyarətgahın yanında görüşməyi təklif etdim. Bir qədər sonra Pərvanə ziyarətgahın yanına gələrək avtomaşının arxa oturacağına oturdu. Mən də maşını DRES-ə - klubun arxasına, yaşayış olmayan yerə sürdüm. Pərvanə yenə də məcburən mənə xəyanət etdiyini etiraf etdi. Bu cavaba dözməyərək Pərvanəni əllərimlə boğdum. Qızı 10 dəqiqə boğduqdan sonra maşının arxa oturacağının qabaq tərəfinə uzadıb Fəxrəddini də öldürmək üçün maşını 1-ci polis bölməsinə sürdüm. Fəxrəddin çölə çıxan zaman onu maşınla vurub öldürmək üçün 20 dəqiqə gözlədim, lakin onun çölə çıxmadığını görüb, maşını Şüvəlan qəsəbəsində gülçülük sovxozu deyilən yerə sürdüm. Orada maşını daş hasarlı, qapısı açıq olan həyətdə saxladım və avtomaşının yük yerində olan 2 litrlik qabdakı benzini Pərvanənin meyitinin üstünə tökərək yandırdım. Sonra yol maşınına minərək "İçərişəhər" metro stansiyasının qarşısına, oradan başqa taksiyə minərək Basin küçəsi tərəfə getdim". Onun ifadəsinə görə, ertəsi gün Milli Təhlükəsizlik Nazirliyinə gedərək törətdiyi hadisə barədə məlumat verib. Məhkəmə davam edir. |