Hal-hazırda Ayna qəzetinin 31.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə axşamı | 31.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Fırıldaqçı "xeyriyyə"çilər
Fırıldaqçı "xeyriyyə"çilər
"Qalaktika Kosmos"un rəhbəri və əməkdaşından 1 milyon manatlıq dələduzluq
Cümə axşamı, 31.12.2009


H.ZEYNALOV
mətn ölçüsü  

Humanitar yardım adı altında fəaliyyət göstərmək adı ilə vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə ittiham olunan "Qalaktika Kosmos" MMC-nin rəhbəri, Rusiya vətəndaşı, 1951-ci il doğumlu Sevda Mustafayeva və şirkətin əməkdaşı Anar Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başladı.

İttihama görə, 2008-ci ilin noyabrında bir neçə vətəndaş Yasamal rayon Polis İdarəsi 27-ci polis bölməsinə ərizə ilə müraciət edərək, "Qalaktika Kosmos" MMC rəhbərliyi tərəfindən aldadılmış olduqlarını bildiriblər. Araşdırmalar nəticəsində bəlli olub ki, şikayətçilər "Qalaktika Kosmos" MMC-nin regionlardakı filial rəhbərləridir.

Müəyyən edilib ki, Mustafayeva əvvəllər törətdiyi dələduzluq əməlinə görə Səbail rayon Məhkəməsinin 12 sentyabr 2007-ci il tarixli hökmü ilə CM-nin xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmək (178.2.4) maddəsi ilə təqsirli bilinərək cərimə olunub.

Daha sonra isə - 7 mart 2008-ci il tarixdə "Qalaktika Kosmos" MMC-ni yaradıb. 14 mart 2008-ci il tarixdə onu Vergilər Nazirliyində dövlət qeydiyyatından keçirib. Mustafayeva şirkətin xeyriyyə təşkilatı olduğunu, əlillərə, qaçqınlara, məcburi köçkünlərə, kimsəsizlərə, uşaq evlərinə yardım göstərəcəyini bildirib. Almaniya və Norveç səfirliklərindən maddi yardım alacağını və eləcə də guya qohumu Ruslan Xəlilovun rəhbərlik etdiyi "Continental" bankdan maddi yardım göstəriləcəyini bildirməklə vətəndaşları inandırıb, həmin vaxtdan 2008-ci ilin noyabr ayına qədər olan müddətdə sonradan kürəkəni Anar Eyvazovla birlikdə çoxsaylı vətəndaşların etibarından sui-istifadə etməklə onları aldadıb.

Mustafayeva MMC-yə yüksək əməkhaqqı ilə müxtəlif vəzifələrə təyin edəcəyi barədə vətəndaşlara vəd verib və onlardan şirkətin fondunu yaratmaq adı ilə 1 milyon manat pul alıb. Vətəndaşların bir hissəsi MMC-də vəd olunan vəzifələrdə bir neçə ay işləyərək, əməkhaqqı adı ilə müxtəlif məbləğlərdə pul alsalar da, digər qisminin, ümumiyyətlə, şirkətdə işləmədiyi və uzun müddət əməkhaqqı almadığı məlum olub. MMC hətta vətəndaşların etibarını qazanmaq məqsədilə bir neçə vətəndaşa və təşkilata maddi yardım da göstərib.

Bundan əlavə, Mustafayeva telekanallarda guya gördüyü və görəcəyi xeyriyyəçilik fəaliyyətindən danışaraq reklam rolikləri də yayıb.

İstintaq zamanı həmçinin şirkətin fəaliyyət müddətində Lənkəranda, Gəncədə, Qubada, Sumqayıtda, Ağcabədidə, Şamaxıda, Abşeronda, Bakının Əzizbəyov rayonunda və s. filialları açıldığı, Qobustanda, Şirvanda və başqa 20-dək şəhərlərdə isə açılmasının nəzərdə tutulduğu məlum olub.

Mustafayeva bu il aprelin 29-da Yasamal polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub, onun ifadəsi əsasında Eyvazov da saxlanılıb.

Təqsirləndirilən şəxslər CM-nin 178.3.1, 178.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmək) maddələri ilə ittiham olunurlar.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Uşaqlara həsr edilən teatr ömrü

Bölmənin digər xəbərləri
 
"Polis zabiti nişanlımı zorlayıb"
Mahir Əsgərov: "Nişanlımı öldürdükdən sonra həmin polis zabitini də öldürmək qərarına gəldim"

Kiçik çavuş məhkum edildi
Səbəbi: qeyri-nizamnamə hərəkətləri

Sifarişli qatilə hökm oxundu
Gürcüstan vətəndaşı olan azərbaycanlıya 14 il iş kəsildi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər