Hal-hazırda Ayna qəzetinin 31.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə axşamı | 31.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Avtomobil idxalı 30 faiz azalacaq
Avtomobil idxalı 30 faiz azalacaq
Amma hökumət rüsum artımı hesabına bundan uduzmur
Cümə axşamı, 31.12.2009


BANU
mətn ölçüsü  

Gələn ilin büdcə layihəsinə əsasən, 2010-cu ildə xaricdən ölkəyə gətirilən maşınlar üçün ödənilən gömrük rüsumlarının məbləği təxminən 2 dəfə artırılaraq 32 milyondan 50 milyona qaldırılıb. Bu o deməkdir ki, hökumət gələn il xarici ölkələrdən gətirilən avtomobillərə gömrük rüsumu dərəcələrini yenidən artırmaq niyyətindədir. 2007-ci ildən tətbiq olunan yeni vergi növlərinə baxmayaraq, gələn il maşınlara əlavə rüsumlar qoymaq planlaşdırılır. Büdcədə gömrük rüsumları ilə bağlı ödəmələr bəndində bu məsələ öz əksini tapıb.

Məsələ ondadır ki, avtomobillərdən əldə olunacaq rüsumların məbləği idxalın artması hesabına baş verməyəcək. Yəni gələn il maşın idxalının artacağı gözlənmir. Bu ilin 11 ayı üzrə avtomobil idxalı 31,4 faiz azalıb. Bu müddətdə 50 minə yaxın minik avtomobili gətirilib. Ölkəyə idxal edilmiş avtomobillərin ümumi dəyəri 414 milyon dollar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil idxalı 39,5 faiz, idxal olunan avtomobillərin ümumi dəyəri isə 44 faiz azalıb.

2010-cu ildə isə maşın idxalında daha 30 faiz azalma gözlənir. Amma avtomobil idxalı azalsa da, gömrük rüsumlarını artırmaq hesabına ümumi məbləğ artacaq. Bu isə o deməkdir ki, maşınların qiyməti 30-40 faiz artacaq. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev açıqlamasında bildirib ki, istifadədə olmuş avtomobillərin idxalı üzrə də rüsumun artırılacağı nəzərdə tutulub. Komitə sədri bu addımı hökumətin köhnə avtomobillərin ölkəyə gətirilməsinin qarşısını almaq niyyəti ilə əlaqələndirib.

Ekspertlər isə avtomobil idxalının azalması nəticəsində kaska (avtomobil) sığortasının da həcminin aşağı düşdüyünü bildirirlər. "Azərsığorta" Dövlət Şirkətinin sədr müavini Aftandil Hacıyevin fikrincə, əvvəlki illərlə müqayisədə bu il daha az avtomobil sığorta edilib. Əsas sığorta edilənlər isə kreditlə satılan avtomobillər olub.

Mütəxəssis deyir ki, dünya maliyyə böhranı ilə əlaqədar Azərbaycanda avtomobil biznesi ilə məşğul olanların bazarı da zəifləyib və bu, alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır. Belə ki, qlobal böhrandan əvvəl insanların alıcılıq qabiliyyətinin yüksək olması və kommersiya banklarının kredit imkanlarının genişliyi əhaliyə daha çox avtomobil almağa imkan verirdi. Ona görə də xaricdən daha çox avtomobil gətirilirdi.

Hazırda nəinki avtomobil alınmasında, habelə əvvəllər alınan avtomobilə görə götürülən kreditlərin geri qaytarılmasında da problem var. Buna görə də maşına olan tələbat azalır. Aftandil Hacıyev bildirib ki, indi maşın gətirənlərin sığortaya marağı da azalıb.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi yerli maşın bazarında köhnə maşınların alğı-satqısının aşağı düşdüyünü bəyan edib. Təkrar avtomobil bazarında aparılan monitorinqə görə, bazarda mövsümlə əlaqədar nisbi durğunluq davam edir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Nəfəs almaq çətinləşir

Avtomobil idxalını artırmağa ehtiyac yox

Bölmənin digər xəbərləri
 
İpotekanın faiz dərəcələri aşağı salınmalıdır
Əli Məsimli: "Sosial ipotekaya ayrılan vəsait gələn il arta bilər"

2010 bahalaşma ilə yadda qalacaq
Proqnoz: bu ilin maliyyə böhranı gələn ildəkinin yanında "toya gedəcək"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər