Hal-hazırda Ayna qəzetinin 31.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə axşamı | 31.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Milli Konservatoriya köhnəlikdən çıxa bilmir
Milli Konservatoriya köhnəlikdən çıxa bilmir
Ali tədris ocağı uzun illərdir eyni problemi yaşayır
Cümə axşamı, 31.12.2009


Z.RƏHİMQIZI
mətn ölçüsü  

Onuncu ildir fəaliyyətini müstəqil təhsil ocağı kimi davam etdirən Azərbaycan Milli Konservatoriyası hələ də "sığınacaqdadır": öz tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında yerləşməyə məcburdur. Onun adına inşa edilən binanın tikintisi neçə illərdir başa çatmır. Əslində bu tikinti, demək olar, dayandırılıb. Vəziyyətə aydınlıq gətirmək məqsədi ilə AMK Elmi İşlər üzrə Prorektoru, əməkdar incəsənət xadimi, professor Vaqif Əbdülqasımovun fikirlərini öyrənməyə çalışdım. "Sığınacaq mühitinə" alışdıqlarını bildirən professor tarixə qısa ekskursla başladı:

- Öncə qeyd edim ki, dahi bəstəkar Üzeyir Hacıbəyli Azərbaycan milli musiqisinin tədris sisteminin yaradılmasında böyük əmək səfr edib. Onun təşəbbüsü ilə 1920-ci ildə yaradılan Xalq Konservatoriyasında (bir ildən sonra bəstəkarın layihəsi əsasında dövlət statusu alıb) şərq fakültəsinin açılmasına qısa zamanda nail olub. Təəssüf ki, şərq musiqisinin tədrisi uzun çəkmədi. Həmin fakültəni Bakı Musiqi Texnikumuna köçürdülər. Yəni fakültənin tədris sistemi sıxışdırılaraq, texnikum səviyyəsinə endirildi. O zaman milli musiqini tədris edən pedaqoqlar, demək olar, yox səviyyəsində idi. Üzeyir bəyin ali məktəbə cəlb etdiyi mütəxəssislərin sayı da qaneedici olmadığından, fakültənin aqibəti bir müddət texnikum səviyyəsində həll edildi.

O zaman belə bir fikir irəli sürülürdü ki, əvvəlcə musiqiçilər texnikumda orta səviyyədə dərs alsınlar, daha sonra ali musiqi akademiyasında savadlansınlar. Bu sistem 1922-ci ildən 1926-cı ilə qədər davam etdi. Və tələbələr yenidən Üzeyir bəyin rəhbərliyi ilə konservatoriyada milli musiqi dərsləri almaq imkanı qazandılar. 1935-ci ildən isə fakültənin fəaliyyəti dayandırıldı. Üzeyir bəyin növbəti səyi nəticəsində musiqişünaslar üçün milli musiqi alətləri üzrə təcrübə kursları yaradıldı və bu 1941-ci ilə qədər davam etdi.

REKLAM

Sonrakı illərdə milli musiqi kadrlarının sayının artırılması məsələsi gündəmə gəlsə də, həllini tapa bilmədi.

Nəhayət, 1957-ci ildə konservatoriyanın tərkibində xalq musiqisi kafedrasının açılmasına göstəriş verildi. İlk müddətdə orada bu sahə üzrə dirijorlar və milli musiqi üzrə nəzərriyəçi ixtisasçılar yetişməyə başladı. Bu sistem 1966-cı ildə daha da çiçəkləndi. Milli musiqi alətləri üzrə ixtisas sinifləri yaradıldı. Artıq 2000-ci ildə ənənələr yaxşılığa doğru dəyişmişdi. Müstəqil dövlət olaraq 2001-ci ildə ulu öndərimiz Heydər Əliyevin fərmanı ilə ayrıca Azərbaycan Milli Konservatoriyası yaradıldı. Üzeyir bəyin arzusu artıq real həllini tapdı. Həmin ildən başlayaraq bəstəkar Səyavuş Kərimi təhsil ocağına rektor təyin edildi. Həmin vaxtlar konservatoriya müvəqqəti olaraq Asəf Zeynallı adına Musiqi Texnikumunda yerləşdirildi.

- Milli Konservatoriya üçün ayrıca bina tikintisi niyə ləngiyir. Tikinti hansı səbəblə dayandırılıb?

- Yeni bina məsələsi həmin illərdə qüvvəyə minmişdi. Layihə hazırlandı və bəyənildi. Bu ərəfədə biz texnikumun binasından Azneft səmtdə keçmiş Tibb İşçiləri Evinə köçürüldük. Orada davam edən iki illik fəaliyyətin ardınca bizi bu dəfə konservatoriyanın tərkibində olan gimnaziyanın binasına "müvəqqəti olaraq" köçürdülər.

Biz bura köçən ərəfədə binanın tikintisi gedirdi. 5-6-cı mərtəbəyə qədər qaldırılmışdı. Əgər nəzərdə tutulan layihə gerçək həllini taparsa, Milli Konservatoriyanın möhtəşəm və rahat bir evi olacağını əminliklə deyə bilərəm.

- Amma tikintinin yarıda dayandığının səbəbindən danışmadınız.

- Tikinti bizə məlum olmayan səbəblərdən dayanıb. Son 3-4 ildə tikinti işləri, demək olar, ləng aparılır. Bu gedişlə, onun aqibəti barəsində xoş söz söyləyə bilmərəm.

- Yəqin ki, bu gecikmələr tədris sistemində də özünü göstərir. Çünki bir musiqiçinin təhsili üçün təkcə kitab oxumaq kifayət etmir. Bildiyim qədərilə, siniflərdə alətlər olmalı, ansambl və orkestr heyəti üçün şərait yaradılmalıdır və s.

- Bu, təbiidir. Sinif otaqları yetərincə deyil. Tələbələrin rahat şəkildə təhsil alması üçün bu, vacib şərtlərdən biridir. Eyni zamanda Azərbaycan Milli Konservatoriyasında çatışmayan alətlər problemi var. Yəni otaq qıtlığından siniflərdə alətlər, əsasən də royal yerləşdirmək mümkün deyil. Əslində, heç royalımız da yoxdur.

- Problemlərin həllində nədən başlamalı?

- Əvvəlcə bina məsələsi həll edilməlidir. Çünki ola bilsin Təhsil Nazirliyi bizə hansısa alətlərin təminatında yardımçı oldu.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Azərbaycandakı həbs Avropanı "silkələdi"

Əhali əmanətlərini manatla saxlamağa üstünlük verir

Gənc bloqçuların azad edilməsi tələb edilir

Seyid Cəfər Pişəvəri yad edildi

MN hərbçiləri üçün bina tikiləcək

Bölmənin digər xəbərləri
 
Amil Həsənoğlu sənətində dönüş edir
Müğənni yeni işbirliyinə başlayıb

Dünya şəhərlərindən bayram xəbərləri
Azərbaycanlıların Həmrəyliyi Günü hər yerdə qeyd edilib

Ən yaxşı fotolar sərgisi keçiriləcək
Yanvarın 13-dən 19-na kimi Muzey Mərkəzinin Rəsm Qalereyasında bu ilin aprelində elan olunmuş Müslüm Eldarov adına "Ənənələr və müasirlik - Bakı 2009" 3-cü beynəlxalq foto müsabiqəsinin ən yaxşı fotolarının sərgisi keçiriləcək.

Bilal Əliyev yeni ili vətəndən uzaqda qarşılayacaq
50 yaşını geridə qoyan müğənni özünü cavan hiss edir

Bir sıra mədəniyyət ocaqlarında yenidənqurma işləri aparılacaq
Nazir bu barədə açıqlama verib

Teatrların bayram şousu
Balaca tamaşaçılara rəngarəng proqram təqdim edilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər