Hal-hazırda Ayna qəzetinin 31.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə axşamı | 31.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Dünya şəhərlərindən bayram xəbərləri
Azərbaycanlıların Həmrəyliyi Günü hər yerdə qeyd edilib
Cümə axşamı, 31.12.2009

mətn ölçüsü  

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə mərasim keçirib. Assosiasiyanın sədri Akif Ağatalıbov törəndə çıxış edərək dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın təşkilatlanması işində bu bayramın əhəmiyyətindən danışıb. Daşkənd Beynəlmiləl Mədəniyyət Mərkəzinin sədri Nəsrəddin Məhəmmədiyev Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq əlaqələrinin tarixi kökləri haqqında söhbət açıb, şair və yazıçıların dostluğu haqqında danışıb. Törən konsert proqramı ilə davam edib. Özbəkistanın xalq artisti, Azərbaycanda da çox sevilən müğənni Fərrux Zakirov Rəşid Behbudovun "Evləri var, xana-xana" mahnısını, Bakıda keçirilən Beynəlxalq Muğam Festivalının birinci mükafatını almış Yulduz Turdıyeva "Qarabağ şikəstəsi"ni, "Azəri qızları" uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi, İlham Abdullayev sazda el havalarımızı ifa ediblər.

Belarus Dövlət Filarmoniyasında isə Azərbaycanın səfirliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə bayram konserti təqdim olunub.

Səfir Əli Nağıyev qonaqları salamlayaraq, ölkə başçısı İlham Əliyevin dünya azərbaycanlılarına ünvanlanmış müraciətini diqqətə çatdırıb. Qeyd edək ki, bayram proqramını əməkdar artist Zabit Nəbizadə, Elnarə Abdullayeva, Ələsgər Məmmədov və Xəyyam Məmmədov musiqi töhfələri ilə davam etdiriblər. Mərasimdə Belarusun hökumət strukturlarının və ictimaiyyət nümayəndələri, Minskdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Belarusdakı Azərbaycan diasporunun üzvləri iştirak ediblər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Dünya ədəbiyyatından 6 kitabın təqdimatı

Bütün iştirakçılar bəlli

Dünya kubokunda iki nəfərlə qaldıq

Gələn il dünya siyasəti necə görünür?

Bölmənin digər xəbərləri
 
Amil Həsənoğlu sənətində dönüş edir
Müğənni yeni işbirliyinə başlayıb

Ən yaxşı fotolar sərgisi keçiriləcək
Yanvarın 13-dən 19-na kimi Muzey Mərkəzinin Rəsm Qalereyasında bu ilin aprelində elan olunmuş Müslüm Eldarov adına "Ənənələr və müasirlik - Bakı 2009" 3-cü beynəlxalq foto müsabiqəsinin ən yaxşı fotolarının sərgisi keçiriləcək.

Bilal Əliyev yeni ili vətəndən uzaqda qarşılayacaq
50 yaşını geridə qoyan müğənni özünü cavan hiss edir

Milli Konservatoriya köhnəlikdən çıxa bilmir
Ali tədris ocağı uzun illərdir eyni problemi yaşayır

Bir sıra mədəniyyət ocaqlarında yenidənqurma işləri aparılacaq
Nazir bu barədə açıqlama verib

Teatrların bayram şousu
Balaca tamaşaçılara rəngarəng proqram təqdim edilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər