Hal-hazırda Ayna qəzetinin 31.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə axşamı | 31.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Amil Həsənoğlu sənətində dönüş edir
Amil Həsənoğlu sənətində dönüş edir
Müğənni yeni işbirliyinə başlayıb
Cümə axşamı, 31.12.2009


ZƏMİNƏ
mətn ölçüsü  

Gənc olmasına baxmayaraq, həm akademik, həm də lirik və klassik mahnıları ilə uzun illərdir Azərbaycan səhnəsində özünə yer tutan müğənni Amil Həsənoğlunun yaradıcılığında ciddi yeniliklər diqqət çəkir. Məsələ burasındadır ki, bir çox sənətçilər əvvəlcə toy bazarında özlərini tanıtmağa can atsalar da, Amil taktiki baxımdan onlardan fərqlənə bilib. Belə ki, Amil musiqi təhsili almağa, paralel olaraq klassik retro musiqilərinə, akademik əsərlərə müraciət etməyə üstünlük verib. Yeni yaradıcılıq planlarından danışan Amil layihə üzərində çalışdığını bildirdi. Bu işdə ona yenicə işbirliyinə başladığı prodüser Roland yaxından dəstək olur. Prodüser kimi sənət arenasında özünə yer tutan Roland Amilin sənətinin təbliğində ona yaxından dəstək göstərir.

Söhbətdən bəlli oldu ki, müğənni milli kinofilmlərimizdən olan "Bəyin oğurlanması"nın sountrikini hazırlayıb. Bu günlərdə rejissor Ceyhun Kərimiov həmin parçaya klip çəkəcək. Layihənin ideya müəllifi isə müğənninin prodüseri Rolanda məxsusdu. Klip məzəli janrda çəkilib. Məlumat üçün onu da qeyd edək ki, müğənninin paralel olaraq albom hazırlığı da aparılır. Amilin sayca üçüncü albomu həm SD, həm də DVD şəklində buraxılacaq.

"Məndən efirə çıxmaq üçün pul istəyirlərsə..."

Amil efirdə az görünməsinin səbəbindən də danışdı. Bildirdi ki, bu gün kanalların əksəriyyəti kommersiya xarakteri daşıdığından, onlarla bəzi problemlər yaşayır. Sənət aləminin bugünkü vəziyyətindən də söhbət açan gənc ifaçı belə dedi:

"Çox vaxt indiki nəslin sənətçiləri barədə danışanda pessimist ruhda çıxışlar üstünlük təşkil edir. Deyirlər ki, Rəşid Behbudov, Şövkət Ələkbərova kimi səslər yoxdur. Mən bu fikirlə qətiyyən razılaşmıram. Bu gün çox güclü səsi, istedadı olan gənclərimiz var ki, onların tanınmağı üçün şərait yaranmalıdır. Mən həm Bülbül adına Musiqi Məktəbində, həm də Milli Konservatoriyada təhsil almışam. Təhsil aldığım müddətdə elə güclü səsi olan gənclərlə tanış olmuşam ki, onları heç kim tanımır, dəstək olmur. Rəşid Behbudovun dövründə istedadı olanlara böyük sənətkarlar dəstək olurdu. Çox təəssüf ki, bu gün belə deyil. Hətta yaşlı nəslin sənətkarları arasında elələri var ki, bildiklərinin hamısını tələbələrinə öyrətmirlər. Sanki xəsislik edirlər, qorxurlar. Siz artıq sənətdə möhürünüzü vurmusuz, indi gənclərə şərait yaratmalısız. Mən özüm prezident təqaüdçüsüyəm. Əgər mənim üçün belə, efirə çıxmaq problem olursa, məndən də verilişlərə çıxmaq üçün pul istəyirlərsə, görün başqa gənclərə özlərini tanıtmaq, səhnədə olmaq nə qədər çətindir".

Sonda sənətçi solo konsert vermək arzusunda olsa da, hələ ki Yeni ildə bunu reallaşdırmağı nəzərdə tutmayıb. Onun sözlərinə görə, 2011-ci ildə solo konsert proqramı ilə çıxış edəcək. Bunun üçün Amil ciddi hazırlığa ehtiyac olduğunu da vurğuladı.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Səfirlərin Xankəndi-İrəvan-Bakı turnesi

İsrail Azərbaycana yeni səfir təyin edib

Karolin Braun: "Britaniya zənginləşməkdə olan Azərbaycanı Avroatlantik məkanda görmək istəyir"

Sənətçilər tibbi sığortaya daha çox maraq göstərir

Nüşabə Ələsgərli: "Mən siravi yox, peşəkar müğənniyəm"

Bölmənin digər xəbərləri
 
Dünya şəhərlərindən bayram xəbərləri
Azərbaycanlıların Həmrəyliyi Günü hər yerdə qeyd edilib

Ən yaxşı fotolar sərgisi keçiriləcək
Yanvarın 13-dən 19-na kimi Muzey Mərkəzinin Rəsm Qalereyasında bu ilin aprelində elan olunmuş Müslüm Eldarov adına "Ənənələr və müasirlik - Bakı 2009" 3-cü beynəlxalq foto müsabiqəsinin ən yaxşı fotolarının sərgisi keçiriləcək.

Bilal Əliyev yeni ili vətəndən uzaqda qarşılayacaq
50 yaşını geridə qoyan müğənni özünü cavan hiss edir

Milli Konservatoriya köhnəlikdən çıxa bilmir
Ali tədris ocağı uzun illərdir eyni problemi yaşayır

Bir sıra mədəniyyət ocaqlarında yenidənqurma işləri aparılacaq
Nazir bu barədə açıqlama verib

Teatrların bayram şousu
Balaca tamaşaçılara rəngarəng proqram təqdim edilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər