Hal-hazırda Ayna qəzetinin 26.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Prezident növbəti əfv fərmanını verdi
Fərmanla 98 məhbus azadlığa qovuşdu
Şənbə, 26.12.2009

İ.Abbasov mətn ölçüsü  

Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya prezidentin mətbuat xidmətindən məlumat verilib.

Sərəncama əsasən, dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq 89 məhbusu cəzanın çəkilməmiş hissəsindən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 nəfəri cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 6 nəfəri isə cəzadan azad edib.

Belə ki, əfv olunanlar siyahısında "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovun da adı var. Təxminən ay yarımdır ki, Penitensiar Xidmətin Vərəmli Xəstələr üçün İxtisaslaşdırılmış Müalicə Mərkəzində saxlanılan Müşviq Hüseynovun səhhəti son günlər kəskin pisləşmişdi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Sumqayıt və Aktau qardaş oldu

AŞ PA prezidentinin səlahiyyət müddəti artırıldı

Dağıstan: etnomafiyaların prezidentlik rəqabəti

Eks-prezidentlər haqqında qanun necə oldu?

Bölmənin digər xəbərləri
 
DAK həmsədrləri 31 Dekabr və Yeni il münasibətilə dünya azərbaycanlılarını təbrik ediblər
Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərvizniya 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə dünya azərbaycanlılarını təbrik ediblər.

Gürcüstanda "donuz qripi"ndən daha 2 ölüm
Həyatını itirənlərin sayı 9-a yüksəldi

Antiterror koalisiyasına qarşı vuruşan azərbaycanlılar?..
Onlar Pakistan və Əfqanıstanda döyüşlərə qatılıblar

Əməkdaşımız müsabiqə qalibləri sırasında
Ümumilikdə 85 işdən 33-ü qalib sayılıb

Mənfəət vergisi ləğv edilir
Qanun 2010-cu il yanvarın 1-dən qüvvəyə minəcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər