Hal-hazırda Ayna qəzetinin 26.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Kipr məsələsi: konfederasiya deyil, federasiya
Kipr məsələsi: konfederasiya deyil, federasiya
Türk tərəfi çözümü bu modeldə görür
Şənbə, 26.12.2009

U.İsmayıl mətn ölçüsü  

Quzey Kipr Türk Cümhuriyyətinin prezidenti Məhmət Əli Tələt Kipr məsələsində rum tərəfinin prezidenti Dmitris Xristofyas ilə "çözümə qovuşmağı konkret bir hədəf olaraq fiksə etdiklərini" və "rum tərəfinin çözümü konkret bir hədəf olaraq qarşıya qoyma nöqtəsinə gəldiyini" söyləmişdir, deyə Lefkoşadan aldığımız rəsmi informasiyada deyilir. Məhmət Əli Tələt bu barədə Kipr Türk Ticarət Odası üzvləri ilə görüşündə söyləmişdir.

Məhmət Əli Tələt bu anda hədəfin "bərabərliyə əsaslanan iki kəsimli, iki toplumlu bir ortaqlıq dövləti" olduğunu demişdir. "Bunu istəyirik, çünki əldə edilə biləcək çözüm budur", deyə sözlərinə əlavə etmişdir. Məhmət Əli Tələtin söylədiklərindən belə anlaşılmışdır ki, qarşıda iki yol var: güclü mərkəzi hökumətmi qurulsun, yoxsa vahid beynəlxalq kimlikli, məhdud səlahiyyətli mərkəzi hökumət ilə qalan səlahiyyətlərin qurucu dövlətlərdə olduğu bir sistem? İndi tərəflər bu iki yoldan birini seçməyə qərar verməlidirlər və qarşıdakı dönəmdəki danışıqlarda bu məsələ həllini tapmalıdır. Kipr tərəfi indiki anda belə hesab edir ki, əgər "güclü mərkəzi hökumət" variantı seçilərsə, bu halda sayca az olan Kipr Türkləri dominantlıq altına düşəcək və bunun örnəyini onlar Kipr Cümhuriyyəti dönəmində yaşamışlar və bir də o sistemə qayıtmaq istəmirlər. Onlar hesab edirlər ki, iqtisadiyyat da daxil olmaqla, əsas sahələr qurucu dövlətlərdə qalacaq və bununla da onlar özləri-özlərini idarə edəcəklər.

Məhmət Əli Tələt deyib ki, rum tərəfi bu modelin tərsini istəyir: güclü mərkəzi hökumət və məhdud səlahiyyətli qurucu dövlətlər. QKTC prezidenti Tələt qeyd edib ki, rum tərəfinin iddialarının əksinə olaraq türk tərəfi konfederasiya istəmir, əgər tək beynəlxalq kimlikdən söhbət gedirsə, bu - federasiya anlamına gəlir.

Aparılan danışıqların indiki mərhələsində rum tərəfinin tələbi budur ki, mallar 1974-cü ildən əvvəlki sahiblərinə qaytarılsın, türk tərəfi bununla razılaşmır. Müzakirə mövzularından biri də polis, federal polis və ortaq araşdırma strukturunun təşkilidir. Belə bir fikir var ki, qurucu dövlətlərin ordusu olmayacaq.

Rum tərəfinin prezidenti Dmitris Xristofyas isə deyir ki, "federasiya modeli çətin bir çözümdür, Kipr şəraitinə münasib deyil, lakin bu çözüm yolu ilə irəliləmək məcburiyyətində qalmışlar". Qarşıdakı yanvar ayında iki prezident arasında yeni görüşmələr keçiriləcəkdir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ermənistan bir dövlət kimi yox ola bilər
Oliqarxlar onu məhvə sürükləyir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər