Ermənistan bir dövlət kimi yox ola bilər
 |
Oliqarxlar onu məhvə sürükləyir
Şənbə, 26.12.2009
Ənvər Börüsoy Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzi (AMSTM), e |
mətn ölçüsü |
|
|
|
2008-ci ildən bütün dünyada baş verən iqtisadi və maliyyə böhranı nəticəsində bir sıra dövlətlər yoxolma təhlükəsilə üzləşiblər. Yunanıstan, Serbiya, Sloveniya, Çexiya, Yunan Kipri, Ermənistan, Şri-Lanka, Afrika, Güney Amerika, Okeaniya regionlarında bir sıra dövlətlər tamamilə iflas vəziyyətindədir. Bu dövlətlərin xilas imkanları barədə bu gün hər hansı proqnoz çox mücərrəd xarakter daşıyardı.
Ermənistan bu vəziyyətdən xilas olmağa çalışarkən çıxış nöqtəsi kimi ölkəni xarici səhmdarlardan maliyyə asılılığına, bununla da onların tam ixtiyarına verməklə, düşdüyü böhrandan bəlkə uzaq gələcəkdə çıxa biləcəyinə ümid edir. Buna görə də xarici dövlətlərdən, beynəlxalq maliyyə qurumlarından kreditlər almağa, yerli sənaye, maliyyə infrastrukturlarını, mədənləri, iri torpaq sahələrini xarici şirkətlərə satmağa başlayıb. Erməni strateqlərinin özləri də etiraf edirlər ki, "əsas məsələ Ermənistanın mövcudluğunu qorumaq"dır.
Sosial böhranlar məngənəsi
Dünya Bankının İrəvandakı təmsilçiliyinin rəhbəri Aristomen Varudaskis (Aristomene Varudaskis) bildirib ki, qurumun araşdırmalarına görə, Ermənistanda daxili məhsulun gəlirləri 2010-cu ildə 50 faiz azalacaq. Dövlət Statistika İdarəsinin bizə verdiyi raporta görə, indi ölkədə 90 min nəfər vətəndaş həddindən artıq kasıb şəraitində yaşayır. Qənaətimizcə, bu rəqəm real həyatda iki dəfədən artıqdır. Digər tərəfdən, 2010-cu il büdcəsində sosial ayırmalar da ötən illərə nisbətən xeyli azaldılaraq 240 milyard dram (623 milyon dollar) təşkil edir. Təbii olaraq belə bir durumda vətəndaşların həyat tərzi daha da ağırlaşacaq. 2009-cu il üçün Ermənistanda maliyyə və iqtisadi böhran 16-17 faiz həddində olub. Belə bir durum Ermənistan üçün çox böyük rəqəmdir.
İrəvandakı "Siyasi-İqtisadi Araşdırmalar Mərkəzi"nin rəhbəri Andranik Tevanyanın araşdırmalarına görə, hazırda Ermənistan boyunca ağır həyat tərzində yaşayanların sayı 172 min nəfərdir. Gələn il bu sıraya əlavə olaraq, indi nisbətən orta səviyyədə yaşayanlar da qatılacaqlar. Hakimiyyətin son 11 ildə apardığı yanlış sosial və iqtisadi siyasətin nəticəsi kimi indi əhalinin 906 min nəfəri kasıblıq həddində yaşamağa məhkum edilmişdir. Bunun 297 min nəfəri, sadəcə, fiziki cəhətdən mövcudolma şəraitindədir. Bu 11 ildə əhalinin 600-700 min nəfəri ailələrini dolandırmaq üçün xarici ölkələrə getməyə məcbur olmuşdur.
İndi dünyada baş verən ağır maliyyə böhranlarına görə bu insanlar ailələrinə maliyyə dəstəyi verə bilmək imkanlarından məhrumdur.
Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyinin etirafına görə, hazırda ölkədə yaşayan 1 milyon 700 min nəfər əhalinin 516 min 802 nəfərini təqaüdçülər və əlillər təşkil edir. Əhalinin 496 min nəfəri orta məktəb şagirdlərindən ibarətdir. Orduda xidmət edən 9 min 697 nəfər orduda qulluq etməklə yanaşı həm də təqaüdçüdür. Təqaüdçülərin orta aylıq gəlirləri isə 24 min 488 dramdır (64 dollar). Sosial sahədə sığortalardan danışmağa belə dəyməz. İrəvan Dövlət Universitetinin "Sosial-İqtisadi Problemləri Araşdırma Mərkəzi" mütəxəssislərinin fikrincə, "Kasıb dövlətlərdə sığorta problemləri sahəsində əhalinin imkanları olmadığı üçün bu yöndə maliyyə problemlərinin ucbatından hər hansı bir sosial müdafiənin təşkili qeyri-realdır. Hökumət iqtisadi sahədə nə qədər ki islahatların başlanmasına hazırlıq tədbirləri görmür, durum beləcə davam edəcək".
Daşınmaz əmlak su qiymətindən də ucuz
"Daşınmaz Əmlak Bazarı"nda nüfuzlu mütəxəssislərdən sayılan Qarik Danileyan bildirib ki, son bir ildə daşınmaz əmlakın dəyəri 3 dəfə düşüb. Belə bir endirim prosesi hələ ki davam edir. Paytaxt İrəvanda son 3 ayda daşınmaz əmlakın dəyəri 25-30 faiz azalıb. Onun fikrincə, bu proses 2010-cu ildə də davam edəcək. Gələn ilin qış mövsümündə endirimlər 10 faiz həddində proqnozlaşdırılır.
2008-ci ildə İrəvanda yeni tikilmiş komfortlu şəraiti olan göydələnlərdə mənzillərin 1 kv. m-i 1200-2000 dollar civarında idi. İndi bu rəqəmlər 40 faiz azalaraq 1100-1500 dollar təşkil edir. İrəvanda şəxsi evlərin qiymətləri bu il orta hesabla 37 faiz azalıbdır. Bu da əmlak bazarına çox böyük zərbə deməkdir. Bütün bunlar azmış kimi regionlarda iri torpaq sahələrinin satış qiymətləri də xeyli azalıb. Bütün bu qiymət azalmalarına baxmayaraq, bazarda müştərilər yoxa çıxıblar. Hətta yerli oliqarxlar belə daşınmaz əmlak almaqda həvəsli görünmürlər.
Bu sahədə ixtisaslaşmış şirkətlərin etiraflarına görə, bazarda oliqarxların nəzarətində olan inşaat mallarının satışında qiymətlərin hələ də baha olması səbəbincə, daşınmaz əmlakın alınması və onun təmiri istiqamətində problemlər yaşanmaqdadır. Digər tərəfdən, xaricdə işləyən və hər ay ailəsinə pul göndərənlərin aqibəti indiki maliyyə böhranında qeyri-müəyyəndir. Onların çoxu sonuncu dəfə ailələrinə nə zaman maliyyə yardımı etdiklərini belə unudublar.
Belə bir durum, təbii ki, Ermənistanda daşınmız əmlakın bazarına çox ciddi zərbə vurmalıdır. İndiki halda daşınmaz əmlakını sataraq xaricdə yaşamaq istəyənlərin sayı günbəgün artmaqdadır. Bazarda isə əmlak alanların sayı hər ay orta hesabla 30-40 faiz azalmaqda davam edir.
Kreditlə yaşayan ölkə
Ermənistanla strateji müttəfiq olan Rusiya 2009-cu ilin avqustunda İrəvana ağır maliyyə böhranlarına görə 500 milyon dollar kredit ayırdı. Prezident Serj Sarqsyan isə dərhal bu vəsaiti əhalinin təqaüdlərinin, məmurların, hərbçilərin, polisin, müəllimlərin, həkimlərin, digər büdcə təşkilatlarında çalışanların maaşlarının verilməsinə yönəltdi. Mütəxəssislərin hesablamalarına görə, bu ilin sonunda həmin vəsait tükənəcəkdir.
Dünya Bankının İrəvandakı nümayəndəsi A.Varudakis bildirib ki, bizim mütəxəssislərin hesablamalarına görə, Ermənistanın xarici borcları 2010-cu ildə orta hesabla 50 faiz artacaq. Ermənistan iqtidarı düzgün iqtisadi siyasət aparmaqla, 2012-ci ildən başlayaraq, xarici borclarını ödəmək imkanı əldə edə bilər..
|
|
|
Oxşar xəbərlər:
Ermənistan dünyanı aldadır
Ermənistan ordusunun çağırışçı problemi
İrəvan bu günlərdə nəylə nəfəs alır?
Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?
Dünya Bankı və BVF təcavüzkara kredit verir
|
|
|