Hal-hazırda Ayna qəzetinin 26.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Azərbaycanda da sülhməramlı əməliyyat keçirilə bilər
Azərbaycanda da sülhməramlı əməliyyat keçirilə bilər
Parlament bunun hüquqi bazasını hazırlayır
Şənbə, 26.12.2009

Fərəh Sabirqizi mətn ölçüsü  

Azərbaycan indiyədək bir sıra sülhməramlı əməliyyatlarda iştirak edib. Hərbçilərimiz Kosovo, İraq və Əfqanıstanda olublar. Elə indi də Əfqanıstanda Azərbaycan hərbçiləri sülhyaratma əməliyyatlarında iştirak edirlər. Amma bütün bu hallarda hərbçilərimizin sülhməramlı əməliyyatlarda iştirakı qanunla deyil, dövlətlər arasında imzalanmış ikitərəfli sazişlərlə həllini tapırdı. Ayrıca qanun olmadığından indiyədək sülhməramlı əməliyyatlarda iştirak edən hərbçilərin, diplomatik korpus təmsilçilərinin statusları, sosial təminatlarının hüquqi bazası olmayıb. İndi MM bu uyğunsuzluğu aradan qaldırmaq niyyətindədir.

Dünən parlament "Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" qanunun ikinci oxunuşda müzakirəsini keçirdi. Layihə barədə parlamentin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, millət vəkili Siyavuş Novruzov məlumat verdi. 4 fəsil və 19 maddədən ibarət layihədə sülhməramlı əməliyyatlar "sülhün qorunması üzrə əməliyyatlar", "sülhün bərqərar edilməsi üzrə əməliyyatlar", "sülhün bərpası (sülh quruculuğu) üzrə münaqişədən sonrakı əməliyyatlar", "Birləşmiş Millətlər Təşkilatının sülhməramlı əməliyyatları", "Regional təşkilatların sülhməramlı əməliyyatları" və "lokal sülhməramlı əməliyyatlar" kateqoriyasına bölünüb.

Deputatın dediyinə görə, qanun layihəsində gələcəkdə Azərbaycanın öz ərazisində də sülhməramlı əməliyyatlar həyata keçirə biləcəyi müddəalar yer alır: "Əgər gələcəkdə Azərbaycan öz ərazisində belə bir sülhməramlı əməliyyat həyata keçirmək istəsə, hökumətin müraciəti əsasında BMT və ayrı-ayrı dövlətlərin iştirakı ilə bu işi reallaşdırıla bilər".

Qanuna əsasən, təkcə MM ölkənin silahlı qüvvələrinin sülhməramlı əməliyyatlarda iştrakına icazə verib və onları geri çağırmayacaq. Müvafiq icra qurumları ildə bir dəfə parlament qarşısında Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirak edən hərbçilərinin durumu barədə hesabat verəcəklər. Hesabatda sülhməramlı əməliyyatlarda iştirak edən əsgərlərin vəziyyəti, hansı silah növlərindən istifadə etməsi, hansı əməliyyatlara cəlb olunması barədə məsələlər yer alacaq.

Bundan əlavə, Milli Məclisə verilən hesabatda sülhməramlı əməliyyatlarda iştirakın məqsədləri, əsasları, miqyası, formaları göstəriləcək, əməliyyatların faktik gedişatı və əldə olunmuş nəticələr xarakterizə ediləcək. Hesabatda bu işin maliyyələşdirilmə mənbələri, miqyası, real bölüşdürülməsi, əgər baş veribsə - itkilər barədə də məlumatlar verilməlidir.

Müvafiq icra hakimiyyəti orqanı Milli Məclisə sülhməramlıların əməliyyatlarda iştirakının davam etdirilməsi və ya dayandırılması ilə bağlı tövsiyələr də verəcək. Qanun layihəsinə əsasən, Milli Məclis Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakının bütün aspektləri üzrə parlament dinləmələri keçirə, zəruri hallarda müvafiq dövlət orqanlarına sülhməramlı əməliyyatların planlaşdırılması, maliyyələşdirilməsi və aparılması məsələləri ilə bağlı sorğular göndərə bilər.

Vitse-spiker Ziyafət Əsgərov qanun layihəsinin çox ciddi sənəd olduğunu xatırladaraq, jurnalistlərdən məsələyə yanaşmada diqqət nümayiş etdirməyi xahiş etdi. Onun sözlərinə görə, srağagün Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayı ilə bağlı jurnalistlərin suallarına verdiyi cavab mətbuatda təhrif olunub. Əksər mətbuat orqanları ona istinadən Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayının artırılacağı barədə məlumat yayıblar.

Ziyafət Əsgərov dedi ki, o belə bir açıqlama verməyib. Sadəcə, bildirib ki, əgər Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayının artırılması ilə bağlı müraciət olunarsa, buna baxıla bilər. "Bir var "müraciətə baxıla bilər", biri də var "artırıla bilər". Bunlar ayrı-ayrı şeylərdir" deyə Z.Əsgərov vurğuladı. Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edildi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Türkiyə-Azərbaycan: Viza rejiminin ləğvi təxirə düşdü
"Bəzi bürokratik əngəllər ucbatından" protokolun imzalanması ləngiyir

"Azərbaycan ordusu və cəmiyyəti hazır olmalıdır"
Azərbaycan prezidenti: "İqtisadi və hərbi gücümüz bizə imkan verir ki, Dağlıq Qarabağ məsələsini hərbi yolla həll edək"

Milli Məclis Avropa Parlamentinə etiraz etdi
Oqtay Əsədov: "Bu, Dağlıq Qarabağ məsələsində Azərbaycanı güzəştə vadar etmək üçün təzyiq vasitələrindən biridir"

Pənah Hüseyn danışmaq hüququndan məhrum edildi
Cəzanın nə qədər davam edəcəyi bilinmir

Səfir Boris Klimçuk: "2009 ikitərəfli münasibətlərdə uğurlu il oldu"
Ukrayna Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onun bərpa olunmasını arzu edir

Görünən seçkiyə nə bələdçi?
Yaxud gözümlə gördüklərim

Media Hüququ İnstitutundan hökumətə tövsiyələr
AzTV hökumətin nəzarətindən azad edilsin



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər