Hal-hazırda Ayna qəzetinin 26.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Milli Məclis Avropa Parlamentinə etiraz etdi
Milli Məclis Avropa Parlamentinə etiraz etdi
Oqtay Əsədov: "Bu, Dağlıq Qarabağ məsələsində Azərbaycanı güzəştə vadar etmək üçün təzyiq vasitələrindən biridir"
Şənbə, 26.12.2009

F. Sabirqizi mətn ölçüsü  

Milli Məclisin dünənki iclası bəzi deputatların Avropa Parlamentinin 17 dekabr tarixli qətnaməsini pisləməsi ilə başladı. İlk olaraq bu mövzuda vitse-spiker Valeh Ələsgərov çıxış etdi. Son dörd ildə ilk dəfə cari məsələlərə dair danışan millət vəkili çıxışını Avropa Parlamentinin qərarına həsr etdi.

"Avropa Parlamenti bir dəfə də olsun qaçqınların hüquqlarını yada salmayıb"

V.Ələsgərov hər bir vətəndaşın haqlarının qorunmasının vacib olduğunu qeyd etdi. Onun fikrincə, Avropa Parlamentinin qətnaməsinə ölkədəki milyonlarla qaçqın barədə də bənd salınmalı idi: "Kimlərinsə həbsdən azad olunması, yayım şirkətlərinin yayımının dərhal bərpasına dair israrlı çağırışlar azərbaycanlıların haqq-hüququna aid olsaydı, nəyə desəydiniz gedərdim. Mən bu qətnamə ilə yalnız o vaxt razılaşardım ki, Avropa Parlamenti bir dəfə də olsun 1 milyondan artıq qaçqın, məcburi köçkün, ev-eşiyindən didərgin düşmüş, bütün hüquq və azadlıqları tapdanmış insanları yada salaydı".

Valeh Ələsgərov bu qətnaməyə cavab verilməsini, bu haqsızlığa Milli Məclis səviyyəsində irad bildirilməsinin vacib olduğunu dedi.

Vitse-spikerin çıxışını Oqtay Əsədov da dəstəklədi. Spiker dedi ki, onda olan məlumata görə, əvvəlcə bu qətnamədə Azərbaycana dair həqiqi faktlar yer alıbmış: "Amma sonradan çıxarıblar. Açıq şəkildə deyiblər ki, Azərbaycanı bir qədər sıxmaq lazımdır. Çünki Azərbaycan müharibə ritorikası ilə danışır. Bu, Dağlıq Qarabağ məsələsində Azərbaycanı güzəştə vadar etmək üçün təzyiq vasitələrindən biridir".

"Avropa Parlamenti nümayəndələrini bura çağıraq"

"Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev Azərbaycanın xarici siyasətdə Qərbyönlü istiqamətə prioritet verdiyini dedi: "Bu gün də bu yol davam etdirilir. Amma təəssüf ki, bu gün aldığımız qətnamədə birtərəfli mövqe tutulub. Avroparlamentin birtərəfli mövqedən çıxış etməsi bizi narahat edir".

Rövşən Rzayev dedi ki, bələdiyyə seçkisində yüz minlərlə vətəndaşımız iştirak edə bilmədiyi halda Avroparlament bu məsələyə diqqət yetirməyib. Milli Məclisin bu məsələyə münasibət bildirməsini vacib sayan deputat Avropa Parlamentinin nümayəndələrini Azərbaycana dəvət edib onları həqiqətlə tanış etmək təklifini irəli sürdü.

"Azərbaycanı zəiflətməyə çalışırlar"

"Azərbaycanın mövqeyi gücləndikcə, münaqişənin hərbi yolla həllindən danışdıqca bizə qarşı olan təzyiqlər də bir o qədər artır". Millət vəkili Fuad Muradov belə düşünür. Onun sözlərinə görə, bir çox beynəlxalq təşkilatlarda müəyyən siyasi qruplar var ki, onlar Azərbaycanı təzyiq altında saxlamaq istəyirlər: "Bəzən bu qruplar erməni diasporu tərəfindən idarə olunur. Sadəcə isə şəxsi marağını güdənlər də olur. Onlar Azərbaycanı zəif salmağa çalışırlar. İndi bu qətnamə də Azərbaycana qarşı yeni bir təzyiq vasitəsidir".

"Gərək öz işimizi də təhlil edək"

Millət vəkili Səməd Seyidov da eyni mövzu ilə bağlı fikirlərini açıqladı. Dedi ki, dövlətimizin bütün beynəlxalq təşkilatlar - ATƏT, AŞ və digər qruplarla əməkdaşlığı davam etsə də, son illər Azərbaycanı həm istəyən, həm də istəməyən qruplar aktivləşib: "Bunlar arasında ən çox önəm daşıyanı bizi istəməyən qüvvələrdir. Onlara obyektiv, real faktları çatdırmaq lazımdır".

Səməd Seyidov hesab edir ki, qətnaməyə 2 cür reaksiya verilməlidir: "Birincisi, Milli Məclis bu sənədə münasibət bildirməlidir. İkincisi isə öz işimizi təhlil etməliyik ki, biz Avropa Parlamenti ilə nə şəkildə işləyirik, danışıqlar hansı istiqamətdə gedir?"

"İçimizdə normal durum yaratmalıyıq"

Sabir Rüstəmxanlı isə hesab edir ki, Azərbaycan bu cür ikili standartlar şəraitində də öz sözünü yeritməyi bacarmalıdır: "Biz Qərb parlamenti ilə ciddi olaraq ardıcıl şəkildə işləməliyik. Amma gərək özümüz də öz mövqelərimizi müəyyən edək. İki gün öncə bələdiyyə seçkilərində baş verənlərə baxın. Yardımlıda kəndlərdə deyiblərmiş ki, protokolu boş göndərin, məntəqə üzvləri imza atsın, qalanı bizlikdir. Bütün məntəqələrdə belə olub. Elə jurnalistlərə münasibətdə də ikili mövqe nümayiş etdirilir. Bu işləri görməsək, təzyiqlər artacaq. Yəni həm onlara öz etirazımızı bildirək, həm də öz içimizdə normal durum yaratmağa çalışmalıyıq".

Avropa Parlamentinə müraciət hazırlamaq üçün komissiya yaradıldı

Bu mövzu ilə bağlı müzakirələrə yekun vuran spiker Oqtay Əsədov bildirdi ki, Azərbaycan dünyada tanınan, güclü iqtisadiyyatı olan bir dövlət kimi bu məsələyə biganə qalmamalıdır, öz sözünü deməlidir: Yoxsa bu, axıra kimi davam edəcək. Biz Avropa Parlamentinə də bəyanat qəbul etməliyik".

Spikerin təklifi ilə Avropa Parlamentinə müraciət hazırlamaq üçün komissiya yaradıldı. Səməd Seyidovun rəhbər təyin olunduğu komissiyanın üzvləri aşağıdakı deputatlar oldu: Fəzail Ağamalı, Fuad Muradov, Nizami İsgəndərov, Elman Məmmədov, İkram İsrafil, Rövşən Rzayev, Pənah Hüseyn.

"Ümid edirik, Avropa Parlamenti bir daha belə yanlışlığa yol verməz"

Parlament iclasının sonunda Avropa Parlamentinə hazırlanan etiraz bəyanatı qəbul edildi. Bu sənəddə millət vəkilləri Azərbaycana qarşı qəbul edilən qətnaməni pisləyir, Dağlıq Qarabağ həqiqətlərinin bu sənəddə əks olunmadığından təəssüfləndiyini bildirirlər. Deputatlar ümid edirlər ki, Avropa Parlamenti bir daha Azərbaycana qarşı münasibətdə belə yanlışlığa yol verməz"...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Milli Məclis ABŞ-a etiraz bildirəcək

Bölmənin digər xəbərləri
 
Türkiyə-Azərbaycan: Viza rejiminin ləğvi təxirə düşdü
"Bəzi bürokratik əngəllər ucbatından" protokolun imzalanması ləngiyir

"Azərbaycan ordusu və cəmiyyəti hazır olmalıdır"
Azərbaycan prezidenti: "İqtisadi və hərbi gücümüz bizə imkan verir ki, Dağlıq Qarabağ məsələsini hərbi yolla həll edək"

Pənah Hüseyn danışmaq hüququndan məhrum edildi
Cəzanın nə qədər davam edəcəyi bilinmir

Səfir Boris Klimçuk: "2009 ikitərəfli münasibətlərdə uğurlu il oldu"
Ukrayna Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onun bərpa olunmasını arzu edir

Görünən seçkiyə nə bələdçi?
Yaxud gözümlə gördüklərim

Azərbaycanda da sülhməramlı əməliyyat keçirilə bilər
Parlament bunun hüquqi bazasını hazırlayır

Media Hüququ İnstitutundan hökumətə tövsiyələr
AzTV hökumətin nəzarətindən azad edilsin



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər