"Eurovision-2010" müsabiqəsində Azərbaycan təmsilçisinin adı fevralın ilk günü bəlli olacaq. Həmin gün müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyinin Azərbaycandakı tərəfdaşı İctimai Televiziya və Radio Verilişləri Şirkəti təntənəli şəkildə milli seçimin finalının keçirilməsini planlaşdırır.
Təşkilat komitəsindən verilən xəbərə görə, seçimlərdə bir neçə turdan finala vəsiqə qazanmış bir neçə namizəd münsiflər heyəti qarşısında çıxış edəcək. Bu çıxışlardan sonra Azərbaycanın "Eurovision-2010" müsabiqəsi təmsilçisinin adı açıqlanacaq. Milli final konsertində xarici qonaqların da iştirakı nəzərdə tutulur. Konsertdə "Eurovision-2009" müsabiqəsinin qalibi Aleksandr Rıbak və bir neçə il əvvəl Ukraynanı təmsil etmiş və müsabiqə birincisi olmuş Ruslananın iştirakı da gözlənilir.