Əməkdar artist Səməd Səmədov savab işlərə imza atmağa hazırlaşır. Öyrəndik ki, müğənni Fatmayı kəndində məscid tikdirir. Bu xəbəri onun mətbuat əlaqələndiricisi təsdiqləyib və bildirib ki, Səməd müəllim inanclı insanlardandır. Məscid inşa etdirmək isə onun çoxdankı arzusu idi və bu niyyətini, nəhayət, gerçəkləşdirmək qərarına gəlib. Lakin layihənin ilkin mərhələsi başladığından sözçü sərf olunacaq vəsait barədə indidən açıqlama vermək istəməyib.
|