Təbrizdə yaşayıb fəaliyyət göstərən müğənni Sənəm bəstəkar Gövhər Həsənzadənin bəstələdiyi mahnılardan birini ifa edib. Qeyd edək ki, Sənəm bəstəkarın "Zülmətlərin övladı" adlı mahnısını oxuyaraq, onu "Tənha qalmışam" adı ilə repertuarına daxil edib. Məsələyə aydınlıq gətirən bəstəkarın mətbuat əlaqələndiricisi Ceyran Nəriman bildirib ki, Gövhər xanım yaranan belə hallara təəccüb hissi keçirmir:
"Gövhər xanım məsələyə mövqeyini bildirərkən Sənəm adlı müğənnini tanımadığını bildirib. Deməli, həmin mahnı ifaçıya müəllif tərəfindən təqdim edilməyib. O, mahnını "mənimsəyib". Lakin buna baxmayaraq, Gövhər Həsənzadə ifaçını hüquqi yolla cəzalandırmaq istəmir. İndiyə qədər mahnılarını bir çox əcnəbi müğənnilər oxuyub və artıq o, belə xəbərlərdən sarsılmır. Hətta bəstəkardan onların sayını soruşanda adlarını xatırlaya bilmədiyini deyir".
Xatırladaq ki, sözügedən mahnının ilk ifaçısı müğənni Xatirə İslam olub.
|