Ötən gün Türkiyənin tanınmış sənətçisi Bülənt Ərsoy təcili xəstəxanaya aparılıb. Türk mətbuatının yazdığına görə, böyrək ağrısı və yüksək qan təzyiqi diaqnozu ilə Bahcelievlərdəki özəl xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin ilk tibbi müayinəsindən sonra sənətçinin böyrəyində infeksiya olduğu aşkarlanıb. Hazırda həkim nəzarətində olan Bülənt Ərsoyun daha iki gün xəstəxanada qalacağı bildirilir.