Hal-hazırda Ayna qəzetinin 26.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Ordunun aynası  
 
 
Azərbaycan IPAP öhdəliklərini tam yerinə yetirməyib
Azərbaycan IPAP öhdəliklərini tam yerinə yetirməyib
Bir sıra islahatlar yenidən sənədin üçüncü mərhələsinə salınacaq
Şənbə, 26.12.2009

Cəsur Sümərinli mətn ölçüsü  

Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planında (IPAP) əksini tapan islahatların bəziləri hələ də yerinə yetirilməmiş qalır. Bu barədə "Ayna"ya Azərbaycanda IPAP çərçivəsində islahatların keçirilməsinə nəzarət edən işçi qrupunun adının çəkilməsini istəməyən nümayəndəsi bildirib. Onun sözlərinə görə, IPAP sənədinin mərhələ-mərhələ uzadılmasının əsas səbəbi elə yerinə yetirilməyən islahatlarla bağlıdır.

Xatırladaq ki, Azərbaycanın NATO ilə IPAP sənədinin ilk mərhələsi 2005-ci ilin may ayında imzalanıb. Növbəti mərhələ 2008-ci ilin martında təsdiqlənib. Üçüncü mərhələnin isə gələn ilin may-iyun aylarında imzalanması gözlənilir. Bundan öncə Azərbaycan yerinə yetirdiyi islahatlarla bağlı NATO ekspertləri qarşısında hesabat verməlidir. Prosesin nə dərəcə uğurlu olması məhz bundan asılı olacaq.

"Ayna"ya verilən məlumata görə, 2010-cu ilin fevral-mart aylarında NATO-dan qiymətləndirici missiyanın Azərbaycana səfəri gözlənir. "Missiyanın tərkibi hələ formalaşdırılmayıb. Ola bilər ki, missiyaya ötən illərdə Azərbaycana qiymətləndirmə üçün gəlmiş bir sıra ekspertlər də daxil edilsin", - deyə NATO-ya yaxın mənbə bildirdi.

Xatırladaq ki, sonuncu dəfə NATO-nun qiymətləndirmə missiyası 2008-ci ilin fevralında Azərbaycana səfər edib. Missiyanın hesabatında bildirilirdi ki, Azərbaycan IPAP çərçivəsində nəzərdə tutulan islahatları yerinə yetirir. Ekspertlər isə NATO missiyasının real hesabatının əslində başqa məzmunda olduğunu düşünürlər. Hərbi ekspert, ehtiyatda olan polkovnik İldırım Məmmədovun sözlərinə görə, NATO missiyasının real hesabatı Azərbaycan hakimiyyətinə ünvanlanır. Bu hesabatda həyata keçirilməyən islahatların siyahısı yer alır. "Cəmiyyətə açıqlanan hesabat isə fərqlidir. Bu tip hesabatlarda adətən islahatların məqsədəmüvafiq şəkildə həyata keçirildiyi bildirilir", - deyə o qeyd edir.

Azərbaycan Silahlı Qüvvələrində IPAP üzrə islahatlar prosesini diqqətdə saxlayan "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi hesab edir ki, sənəddə nəzərdə tutulan islahatların bir çoxu reallaşmayıb: "Misal üçün, hələ IPAP sənədinin birinci mərhələsində Silahlı Qüvvələrdə demokratik nəzarət mexanizmlərinin tətbiqi, mülki vəzifəlilərin sayını artırmaq nəzərdə tutulmuşdu.

REKLAM

Bunlar gerçəkləşmədi, o səbəbdən ikinci mərhələyə salındı. İkinci mərhələdə də bu istiqamətdə hələlik heç bir dəyişiklik baş vermir, yəqin ki, onda bu məsələ üçüncü mərhələyə salınacaq".

"Doktrina" mərkəzi Müdafiə Nazirliyində mülki nəzarət mexanizmlərinin tətbiqi prosesinin sürətlənməsində NATO-nun israr etdiyini düşünür. Belə ki, son vaxtlarda bu məsələ ilə bağlı Azərbaycan və NATO mütəxəssisləri arasında bir sıra təmaslar olub. "Rəsmi Bakı söz verib ki, mülkiləşmə prosesini təmin edəcək, lakin konkret vaxtları elan etməkdən hələlik çəkinir", - deyə mərkəz ekspertləri düşünürlər.

IPAP-da əksini tapan, amma yerinə yetirilməsi gecikdirilən islahatlardan biri də hərbi sahədə şəffaf büdcə sistemi və güc strukturlarının qanunverici hakimiyyət qarşısında hesabatlılığının təmini ilə bağlıdır. Ekspertlərin fikrincə, hərbi büdcənin şəffaflığının təmini ilə bağlı NATO tərəfi dəfələrlə dəstək göstərməyə hazır olduğunu bəyan edib. Amma Azərbaycan tərəfi buna hələlik razılıq vermir. Səbəb də ortadadır: ölkə müharibə vəziyyətində olduğuna görə hərbi xərclərin formalaşdırılmasında və paylaşdırılmasında kənar qüvvələrin iştirakı yolverilməzdir. Lakin NATO tərəfi heç də bütün hərbi xərclərin onun üçün açıqlığını istəmir. Söhbət üç istiqamət - məvacib, geyim və ərzaq və digər təminat üzrə vəsaitlərin şəffaflığının təmin olunmasından gedir. Amma Azərbaycanın bir sıra məmurları buna da razı deyillər.

"Bu isə ekspertlərdə müəyyən şübhələr yaradır: bəlkə ortada korrupsiya faktı olduğuna görə məmurlar çəkinir?" - deyə "Doktrina" mərkəzi sual edir.

Mərkəz ekspertlərinin fikrincə, postsovet məkanında (NATO üzvü olan Baltikyanı ölkələr istisna olmaqla) yalnız 2 dövlət büdcə vəsaitlərinin şəffaflığının təmin olunmasında NATO yardımına "hə" deyib: Gürcüstan və Ukrayna. Gürcüstan hətta bu istiqamətdə bir sıra NATO ölkələrinə nümunə olacaq dərəcədə irəli gedib. Gürcüstanın müdafiə xərclərinin istiqamətləri və ayrılan vəsaitlərin konkret məbləğləri ölkənin Müdafiə Nazirliyinin rəsmi saytında belə göstərilib. Ölkənin vətəndaş cəmiyyəti bu məsələlərdə həssasdır. 2006-cı ildə hərbi xərclərlə bağlı detallı açıqlamaların saytda yerləşdirilməsinin bir qədər gecikdirilməsi bir sıra QHT-lərin narazılığına səbəb olmuşdu. Bu istiqamətdə Ukrayna da uğurlara nail olub.

IPAP sənədində əksini tapmış islahatlardan biri də Silahlı Qüvvələrin şəxsi heyətinin karyera və yerdəyişmə imkanlarının təkmilləşdirilməsi ilə bağlıdır. Bu istiqamətdə öhdəliklərin də yerinə yetirilməsi gecikdirilir. Müşahidələr göstərir ki, Azərbaycan SQ-də şəxsi heyətin karyera imkanları hələ də məhduddur. Bir sıra subyektiv səbəblər üzündən zabit və gizirlərin peşə baxımından irəliləməsində problemlər yaranır. Eyni zamanda, şəxsi heyətin xidmət yeri ilə bağlı problemlər də var. Misal üçün, cəbhə xəttində xidmət edən şəxsi heyətin xidmət müddəti hələ də dəqiq deyil.

Yerinə yetirilməsi gecikdirilən islahatlardan biri də Müdafiə Nazirliyində ştat-struktur islahatları ilə bağlıdır. Xüsusilə "Y" və "G" sistemlərinin yaradılmasını nəzərdə tutan bu islahatlar Müdafiə Nazirliyinin və SQ Baş Qərargahının transformasiyasını nəzərdə tutur. Doğrudur, bu ilin yay aylarında Müdafiə Nazirliyində sözügedən istiqamətdə islahatların həyata keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Lakin mütəxəssislərin fikrincə, bunlar heç də tam islahatlar sayıla bilməz. Çünki bir sıra strukturlar hələ də formalaşdırılmayıb.

Yeri gəlmişkən, bu gün Azərbaycanın güc strukturlarında həyata keçirilən islahatlarla bağlı ictimai məlumatlandırma da bərbad vəziyyətdədir. Bununla da IPAP-da əksini tapan növbəti öhdəliyin yerinə yetirilmədiyi bəlli olur. Müdafiə Nazirliyi rüblük mətbuat konfransları keçirməklə ictimai məlumatlandırma prosesini gerçəkləşdirdiyini bəyan edir. Lakin ekspertlərə görə, bu kimi tədbirlərdə, təəssüf ki, ictimai məlumatlandırma istiqamətində ciddi işlər görülmür. Xüsusilə, IPAP çərçivəsində orduda həyata keçirilən və ya gələcəkdə keçirilməsi planlaşdırılmış islahatların tam mahiyyəti hələ də cəmiyyətə bəlli deyil...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək

Orduda rotasiya problemi

Ermənistan ordusunun çağırışçı problemi

Mediaya "farağat" komandası?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər