![]() |
çap et |
|
|||
Bakıda Böyük Britaniya vətəndaşına qarşı quldurluq edən Goranboy rayon sakini Röyal Əsədullayev, Daşkəsən rayon sakini Rafiq Quliyev, Bərdə rayon sakini Namiq Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Təqsirləndirilən şəxslər bu il iyulun 10-da Səbail rayonu Lev Tolstoy küçəsində Böyük Britaniya vətəndaşı Viliams Kolins Makendryuya qarşı zor tətbiq edərək içərisində 20 funt-sterlinq, 65 manat və şəxsi sənədləri olan portmanını ondan alaraq qaçıblar. Onlar Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıblar. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Röyal Əsədullayev və Rafiq Quliyev 6 il, Namiq Bəkirov 2 il müddətinə azadlıqdan məhrum edildilər. |