Ötən həftə Azərbaycan futbolu tarixində önəmli bir başlanğıcın təməli qoyuldu. 17 illik müstəqil futbol tariximizdə ilk dəfə ilin ən yaxşı oyunçuları seçildi. AFFA-nın təşkil etdiyi sorğuda 2009-cu ilin ən yaxşı qadın futbolçusu, futzalçısı, çimərlik futbolçusu, həmçinin əsas milli komandanın futbolçusu və qapıçısı seçilib. Bu nominasiyalarda müvafiq olaraq Anna Atayeva, Rizvan Fərzəliyev, Elvin Quliyev, Vaqif Cavadov və Kamran Ağayev qalib gəlib.
|