![]() |
çap et |
|
|||
Bu gün keçiriləcək iki oyunla futbol üzrə Azərbaycan çempionatında XVII tura yekun vurulacaq. "Olimpik-Şüvəlan" Tovuzda "Turan"ın, "Neftçi" isə Zaqatalada "Simurq"un qonağı olacaq.
Əvvəlcə ötən tura qısa baxış: çempionatın XVI turu lider "Qarabağ"ın xal itkisi ilə yadda qaldı. Ağdam klubunun xal itirməsindən ən yaxın izləyiciləri - "İnter"lə "Xəzər-Lənkəran" maksimum yararlandı. Hər iki komanda növbəti qələbəni qazanmaqla, liderlə xal fərqini azaltdı. "Bakı", "Simurq" və "Qəbələ"nin qələbə qazana bilmədiyi isə "Neftçi"ni irəli saldı. Belə ki, ikinci dövrədə ikinci qələbəsini qazanan Bakı klubu turnir cədvəlində 3 pillə irəliləyərək, 4-cü yerə yüksəldi. XVI turun nəticələri: "Karvan" - "Muğan" - 1:1, "İnter" - "Turan" - 3:1, "Xəzər-Lənkəran" - "Qəbələ" - 1:0, "Bakı" - "Olimpik-Şüvəlan" - 0:0, "Neftçi" - "Standard" - 2:0, "Qarabağ" - "Simurq" - 0:0. Dekabrın 25-də oynanılan matçlarla Unibank Premyer Liqasında 2009-cu ilin son turu başlanıb. XVII tur Bakıda heç bir oyunun keçirilmədiyi ilə yadda qalacaq. Turun mərkəzi oyunu Ağdamın Quzanlı qəsəbəsində, ötən mövsümün mükafatçıları arasında keçirilib. Tərəflərin cəhdlərinə baxmayaraq, matçda hesab açılmayıb. "Qarabağ"ın büdrəməsini gözləyən "İnter", "Xəzər-Lənkəran" müvafiq olaraq Qəbələ və Salyanda qələbəni bayram ediblər. Sumqayıtda isə son pillənin sahibləri - "Standard" və "Karvan" üz-üzə gəlib. Görüş Sumqayıt təmsilçinin minimal hesablı qələbəsi ilə başa çatıb. XVII turun nəticələri: "Standard" - "Karvan" - 1:0, "Muğan" - "Xəzər-Lənkəran" - 0:0, "Qəbələ" - "İnter" - 0:0, "Qarabağ" - "Bakı" - 0:0. İlin son turundan sonra ölkə çempiontında bir aylıq fasilə yaranacaq. Bu gün keçiriləcək son iki oyunun nəticəsindən asılı olmayaraq Bakının "İnter" klubu tarixində dördüncü dəfə "qış çempionu" olur. Birinci pilləni son turda səfərdə "Qəbələ"ni məğlub etməklə ələ keçirən "İnter" (36 xal) ən yaxın izləyiciləri "Qarabağ"la "Xəzər-Lənkəran"ı 1 xal qabaqlayır. Sözsüz ki, əsas qış yox, mövsümün çempionu olmaqdır. |