Hal-hazırda Ayna qəzetinin 26.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Yeni ilə lider kimi
Yeni ilə lider kimi
"İnter" dördüncü dəfədir "qış çempionu" olur
Şənbə, 26.12.2009

İlham Rəfiyev mətn ölçüsü  

Bu gün keçiriləcək iki oyunla futbol üzrə Azərbaycan çempionatında XVII tura yekun vurulacaq. "Olimpik-Şüvəlan" Tovuzda "Turan"ın, "Neftçi" isə Zaqatalada "Simurq"un qonağı olacaq.

Əvvəlcə ötən tura qısa baxış: çempionatın XVI turu lider "Qarabağ"ın xal itkisi ilə yadda qaldı. Ağdam klubunun xal itirməsindən ən yaxın izləyiciləri - "İnter"lə "Xəzər-Lənkəran" maksimum yararlandı. Hər iki komanda növbəti qələbəni qazanmaqla, liderlə xal fərqini azaltdı. "Bakı", "Simurq" və "Qəbələ"nin qələbə qazana bilmədiyi isə "Neftçi"ni irəli saldı. Belə ki, ikinci dövrədə ikinci qələbəsini qazanan Bakı klubu turnir cədvəlində 3 pillə irəliləyərək, 4-cü yerə yüksəldi.

XVI turun nəticələri: "Karvan" - "Muğan" - 1:1, "İnter" - "Turan" - 3:1, "Xəzər-Lənkəran" - "Qəbələ" - 1:0, "Bakı" - "Olimpik-Şüvəlan" - 0:0, "Neftçi" - "Standard" - 2:0, "Qarabağ" - "Simurq" - 0:0.

Dekabrın 25-də oynanılan matçlarla Unibank Premyer Liqasında 2009-cu ilin son turu başlanıb. XVII tur Bakıda heç bir oyunun keçirilmədiyi ilə yadda qalacaq. Turun mərkəzi oyunu Ağdamın Quzanlı qəsəbəsində, ötən mövsümün mükafatçıları arasında keçirilib. Tərəflərin cəhdlərinə baxmayaraq, matçda hesab açılmayıb.

"Qarabağ"ın büdrəməsini gözləyən "İnter", "Xəzər-Lənkəran" müvafiq olaraq Qəbələ və Salyanda qələbəni bayram ediblər. Sumqayıtda isə son pillənin sahibləri - "Standard" və "Karvan" üz-üzə gəlib. Görüş Sumqayıt təmsilçinin minimal hesablı qələbəsi ilə başa çatıb.

XVII turun nəticələri: "Standard" - "Karvan" - 1:0, "Muğan" - "Xəzər-Lənkəran" - 0:0, "Qəbələ" - "İnter" - 0:0, "Qarabağ" - "Bakı" - 0:0.

İlin son turundan sonra ölkə çempiontında bir aylıq fasilə yaranacaq. Bu gün keçiriləcək son iki oyunun nəticəsindən asılı olmayaraq Bakının "İnter" klubu tarixində dördüncü dəfə "qış çempionu" olur. Birinci pilləni son turda səfərdə "Qəbələ"ni məğlub etməklə ələ keçirən "İnter" (36 xal) ən yaxın izləyiciləri "Qarabağ"la "Xəzər-Lənkəran"ı 1 xal qabaqlayır.

Sözsüz ki, əsas qış yox, mövsümün çempionu olmaqdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Cansun "flaqman"ı tərk etdi

Foqts daha 3 futbolçunu çağırdı

II tur başlandı

Çempionatın adı təzələndi

Çempionatda fasilədir

Bölmənin digər xəbərləri
 
İdman ilinin qəhrəmanları
Ən yaxşı idmançıların adları açıqlandı

Rəqib bəlli, qalır qalib gəlmək
"Bakı"nın "Birlik kuboku"nda ikinci cəhdi uğurlu olacaqmı?

Lənkərandan Braziliyaya
"Xəzər-Lənkəran" klubunun braziliyalı müdafiəçisi Denis Silva vətənindən cəlbedici təklif alıb.

AFFA-dan daha bir yenilik
Ötən həftə Azərbaycan futbolu tarixində önəmli bir başlanğıcın təməli qoyuldu.

"Neftçi" klubunun prezidenti dəyişdi
Bu həftə "Neftçi" klubunun prezidenti postunda dəyişiklik oldu.

Əvvəl İordaniya, sonra Lüksemburq
Azərbaycan milli komandasının yoldaşlıq oyununda qarşılaşacağı daha bir rəqib dəqiqləşib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər