Hal-hazırda Ayna qəzetinin 26.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Lənkərandan Braziliyaya
Lənkərandan Braziliyaya
Şənbə, 26.12.2009

İ.Rəfiyev mətn ölçüsü  

"Xəzər-Lənkəran" klubunun braziliyalı müdafiəçisi Denis Silva vətənindən cəlbedici təklif alıb. Bu barədə klubun rəsmi saytına komandanın baş məşqçisi Ağasəlim Mircavadov məlumat verib. Onun sözlərinə görə, 2008-ci ilin qışında transfer etdikləri mərkəz müdafiəçisi Braziliyanın "A" seriyasında oynaya bilər.

Qeyd edək ki, Denisin "Xəzər-Lənkəran"la imzaladığı müqavilənin müddəti bitib. Ona Braziliya çempionatının yüksək liqa klubundan təklif gəlib. Artıq vətəninə gedən Silva aldığı təklifi gerçəkləşdirməklə məşğuldur. Bununla belə, Lənkəran klubu rəhbərliyi braziliyalının geri qayıtmasında maraqlıdır. Ancaq müqaviləsi qurtardığından o, sərbəst futbolçu kimi istənilən kluba keçə bilər.

3 gün sonra 24 yaşı tamam olacaq Denis "Xəzər-Lənkəran"dan Braziliyanın yüksək liqa təmsilçisinə keçərsə, Azərbaycan futbol tarixinə düşəcək. Hər halda indiyə kimi futbolumuzda buna bənzər keçid olmayıb.

"Xəzər-Lənkəran"ın 2008-ci ildə Braziliyanın birinci liqasından transfer etdiyi Denis "Birlik Kuboku" və Azərbaycan kubokunu qazanıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bölgələrdə informasiya əldə etməklə bağlı ciddi problemlər var

Lənkəranda partiyaların bələdiyyə seçkilərinə marağı azalır

Məhəlli KİV-lərin dərd-səri Lənkəranda müzakirə olunub

Lənkəran Dövlət Dram Teatrı Bakıda qastrolda olub

Bölmənin digər xəbərləri
 
İdman ilinin qəhrəmanları
Ən yaxşı idmançıların adları açıqlandı

Rəqib bəlli, qalır qalib gəlmək
"Bakı"nın "Birlik kuboku"nda ikinci cəhdi uğurlu olacaqmı?

Yeni ilə lider kimi
"İnter" dördüncü dəfədir "qış çempionu" olur

AFFA-dan daha bir yenilik
Ötən həftə Azərbaycan futbolu tarixində önəmli bir başlanğıcın təməli qoyuldu.

"Neftçi" klubunun prezidenti dəyişdi
Bu həftə "Neftçi" klubunun prezidenti postunda dəyişiklik oldu.

Əvvəl İordaniya, sonra Lüksemburq
Azərbaycan milli komandasının yoldaşlıq oyununda qarşılaşacağı daha bir rəqib dəqiqləşib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər