Hal-hazırda Ayna qəzetinin 26.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Rəqib bəlli, qalır qalib gəlmək
Rəqib bəlli, qalır qalib gəlmək
"Bakı"nın "Birlik kuboku"nda ikinci cəhdi uğurlu olacaqmı?
Şənbə, 26.12.2009

Kərim Nəsrullah mətn ölçüsü  

Gələn ilin yanvar ayında keçiriləcək futbol üzrə ənənəvi "Birlik kuboku" turnirinin püşkü atılıb. MDB və Baltikyanı ölkələr çempionlarının iştirakı ilə keçirilən bu turnirdə "Bakı" ikinci dəfə çıxış edəcək və onun qrup mərhələsindəki rəqibləri məlum olub. Azərbaycan çempionu bu dəfə Finlandiyanın HİK, Qazaxıstanın "Aktobe" və Tacikistanın "Vaxş" klubu ilə birgə "B" qrupunda yer alıb.

"Bakı" klubunun vitse-prezidenti Zeynal Məmmədov püşkün komandası üçün uğurlu olmadığını bildirib: "Püşk uğurlu olmadı. Çətin qrupa düşmüşük. Həm HİK, həm də "Aktobe" güclü klublardır. Onlar qrupda ilk iki yer uğrunda mübarizədə əsas rəqiblərimiz olacaq. Ancaq "Vaxş"ı da hesabdan silmək olmaz. İstənilən halda hansı komanda ilə düşmüşüksə, onunla da oynamalıyıq. Biz Moskva turnirində ölkəmizi layiqincə təmsil etmək fikrindəyik. Ona görə də mütləq qrup mərhələsini keçməliyik".

Sayca XVIII olan "Birlik kuboku"nun oyunları 2010-cu il yanvarın 16-dan 24-dək Rusiyanın paytaxtı Moskvada keçiriləcək. Digər qruplar üzrə komandalar belə bölünüb.

"A" qrupu: "Dnepr" (Belorus), "Dordoy-Dinamo" (Qırğızıstan), "Metallurq" (Latviya), "Rubin" (Rusiya);

"C"qrupu: "Dinamo" (Ukrayna), MTTU (Türkmənistan), "Levadiya" (Estoniya), Rusiya klub yığması; "D" qrupu: "Bunedkor" (Özbəkistan), "Ekranas" (Litva), "Daçiya" (Moldova), "Pünik" (Ermənistan).

"Bakı"nın "Birlik kuboku" turnirindəki rəqiblərindən ikisi əvvəllər bu yarış çərçivəsində Azərbaycan komandaları ilə görüşüblər. "Aktobe" (Qazaxıstan) son 5 ildə 4-cü dəfə komandamıza rəqib olacaq. Özü də Aktobe şəhərinin təmsilçisi bizim üçün arzuolunmaz rəqibdir. Hər halda, nə "Neftçi", nə də "Xəzər-Lənkəran" bu komandanı məğlub edə bilib. İndi bu uğursuz ənənəyə son qoymaq "Bakı"nın üzərinə düşəcək. Digər rəqiblərə gəlincə, "Vaxş"la cəmi bir dəfə qarşılaşmışıq. Bir neçə il əvvəl "Neftçi" Kurqan-Tobe təmsilçisini böyük hesabla məğlub edib. Finlandiyanın HİK klubu isə ilk dəfə komandamızla görüşəcək.

İndiyədək ölkəmizi bu yarışda "Neftçi", "Kəpəz", "Şəmkir", "Qarabağ", U-21, "Bakı" və "Xəzər-Lənkəran" klubları təmsil edib. 2006-cı ildə "Neftçi", bir il sonra isə "Xəzər-Lənkəran" "Birlik kuboku"nun baş mükafatını Bakıya gətiriblər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Mən nişanlı deyiləm"

Püşkatma kimə nə vəd edir?

"Bakı gecələri" II estrada müsabiqəsi başlayır

"Bakı" növbəti mərhələnin bir addımlığında

Bakıda Qızıl Qran-pri turniri

Bölmənin digər xəbərləri
 
İdman ilinin qəhrəmanları
Ən yaxşı idmançıların adları açıqlandı

Lənkərandan Braziliyaya
"Xəzər-Lənkəran" klubunun braziliyalı müdafiəçisi Denis Silva vətənindən cəlbedici təklif alıb.

Yeni ilə lider kimi
"İnter" dördüncü dəfədir "qış çempionu" olur

AFFA-dan daha bir yenilik
Ötən həftə Azərbaycan futbolu tarixində önəmli bir başlanğıcın təməli qoyuldu.

"Neftçi" klubunun prezidenti dəyişdi
Bu həftə "Neftçi" klubunun prezidenti postunda dəyişiklik oldu.

Əvvəl İordaniya, sonra Lüksemburq
Azərbaycan milli komandasının yoldaşlıq oyununda qarşılaşacağı daha bir rəqib dəqiqləşib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər