Hal-hazırda Ayna qəzetinin 26.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Ana dilini sevdiyi üçün 30 şallaq
Ana dilini sevdiyi üçün 30 şallaq
Son bir ayda 50 həbs və məhkəmə hökmü
Şənbə, 26.12.2009

S.Sədrəddin mətn ölçüsü  

Azərbaycan türklərinin milli haqlarının təmin olunmasını tələb edənlərdən xeyli sayda vətəndaş Azərbaycan Milli Hökumətinin 64-cü ildönümü ərəfəsində həbslərə məruz qoyulmuşdur. Xəbərlərə görə, həbslər 21 Azərdən (dekabrın 12-dən) 3-4 gün öncə başlasa da, bununla bağlı xəbərlər ötən həftənin əvvəlindən etibarən yayılmağa başlayıb. Mustafa Əvəzpur, Hidayət Zakiri, Əhməd Vəlayi, Cəlal Məhəmmədi, Məhəmmədrza Məhəmmədxani, İbrahim Asimani və İsa Qurbanəlizadə ETTELAAT Təbriz şöbəsinin əməkdaşları tərəfindən dekabrın 11-də saxlanıblar.

Həbsə məruz qoyulanlardan Səid Çələbianlu, Rza Gərdani, Camal Təsudian, Bəhram Behimi tutularaq bəlli olmayan istiqamətə aparılmışdır. Milli Hökumətin yarandığı gün Təbriz və Güney Azərbaycanın digər şəhərlərində hərbi-polis rejimi gücləndirilib. Azərbaycan türklərinin milli haqlarının təmin olunmasını tələb edənlərin mənzillərində qanunsuz axtarışlar aparılıb.

Təbriz səmasını boyayan üç rəng

Çeşidli basqılara baxmayaraq, heysiyyətli türk gəncliyi ayrı-ayrı evlərdə Milli Hökumətin yarandığı günü sayğı ilə qeyd edib, türkün tarixinə belə bir günü yazanlardan danışıb, şeirlər oxuyub, Azərbaycan mahnılarının sədaları altında şənliklər düzənlənib. Axşam isə üzəri üç rəngə (göy,qırmızı, yaşıl) boyanmış, üstünə "21 Azər" yazılmış çoxlu sayda üfürülmüş şar Təbriz səmasını bürüyüb. Bəzi küçələrdə həmin gün Azərbaycanın üçrəngli bayrağı da dalğalanıb.

Həftənin sonunda isə... Azərbaycan türk gəncliyindən 6 təəssübkeşə 91 gün həbs, 30 şallaq cəzası verilib. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının əməkdaşı Yaşar Həkkakpur bu haqda "Azadlıq" radiosuna müsahibəsində deyib, təəssübkeşlərə verilmiş cəzanın icrası iki müddətə təxirə salınıb. Başqa sözlə, əgər bu müddət ərzində onlar siyasi proseslərə qoşulmasa, təyin olunmuş cəzanın icrasına xitam veriləcək.

Hüquq müdafiəçisinin sözlərinə görə, onlar bu il İranda keçirilən prezident seçkisi ərəfəsində prezidentliyə namizəd Mirhüseyn Musəvi Təbriz stadionuna gələrkən, onun tərəfdarı Məhəmməd Xatəminin əleyhinə şüarlar səsləndiriblər. Həmin təəssübkeşlərin belə davranmasına səbəbsə Xatəminin azərbaycanlılarla bağlı "zarafat"ı olub. Videoyazı şəklində yayılmış bu "zarafat"a görə, azərbaycanlılar Xatəminin Azərbaycan xalqından üzr istəməsini tələb etmişdilər. İranın keçmiş prezidenti üzr istəmədi, əvəzində bunun qurama və ona qarşı təxribat olduğunu bildirdi. Hakimiyyət isə onları asayişi pozmaqda günahlandıraraq həbs etdi...

Həkkakpur və Kamrani nələrdən söz açır?

Həkkakpur deyir ki, azərbaycanlı fəallar həbsdə saxlandıqları 9 gün müddətində işgəncələrə məruz qalıblar: "Əslində isə onlar dil azadlığı və digər milli haqları tələb etdiklərinə görə tutulublar. Tutularkən 9 gün saxlanıldıqları zindanda işgəncəyə məruz qalıblar.

REKLAM

Adambaşı 10 min dollar girov qarşılığında zaminə buraxılmışlar".

Mühacirətdə yaşayan, Güney Azərbaycandan olan vəkil Saleh Kamrani son zamanlar həbslərin artması, cəzaların sərtləşdirilməsini hakimiyyətin yürütdüyü sabit, planlaşdırılmış siyasət kimi dəyərləndirib: "Ancaq vaxtaşırı olaraq hakimiyyət bu istiqamətdə taktikanı dəyişdirir. Son 20 ildə milli-mədəni haqların təmin olunmasını istəyən Azərbaycan türkləri üçün qurulan məhkəmələr öncədən planlaşdırılıb, rejimin siyasi çıxarları əsasında hökmlər verilib. Bütün hüquqi qaydaları inkar edərək, onlar özlərinə sərf edən qərarlar çıxarırlar. Mən Azərbaycan türkləri ilə yanaşı, bəlucların, farsların, ərəblərin və başqa etnik qrupların təmsilçilərinin haqlarını müdafiə etmişəm. Məhkəmələrin ikili standartlarla qərar çıxarmasını, İran məhkəmə sistemində çatların və qorxunun çoxalmasının nəticəsi kimi dəyərləndirmək olar".

Böyük Rəsuloğludan BMT-yə müraciət

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri Böyük Rəsuloğlu da İran hakimiyyətinin güney azərbaycanlılara qarşı yürütdüyü siyasətdən yaranmış son durum haqda bəzi mətləbləri BMT-nin diqqətinə çatdırıb. Müraciətdə bildirilib ki, Tehran hakimiyyətinin məsullarının Güney Azərbaycanda yürütdüyü siyasət günü-gündən sərtləşdiyindən belə bir vəziyyət artıq qəbuledilməz hala gəlib:

"İran İslam Respublikasının insan haqları və milli hüquqların qorunması ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirmədiyi barədə əvvəlki hesabatlardakı məlumatları qəzet səhifələrinə çıxarmışıq. Bu baxımdan Güney Azərbaycan türklərinin insan və milli haqları qəsdən hələ də tapdanmaqdadır. Müşahidələrimizə və təcrübələrimizə əsasən bunların səbəbləri aşağıdakılardan ibarətdir: İranın ədliyyə sistemi siyasi düşüncəli insanlara ayrı-seçkilik nəzərindən yanaşır; ən ibtidai haqq olan ana dilində təhsilin qarşısını İranın təhlükəsizlik və polis qüvvələri "dəmir yumruq" gücünə alır; İran hakimiyyəti ari irqin üstünlüyü əsasında, islam pərdəsi altında riyakar siyasəti yürüdür. Məgər Mahmud Əhmədinejad həmin yalanın və cığallığın "bərəkəti"nə sığınıb seçilmədimi?

Bu rejimin fəaliyyəti Güney Azərbaycana çox baha başa gəlir. Örnək kimi Urmiya gölünün böhranlı həddə quruduğunu göstərmək olar. Dünyada iqlim dəyişməsi ilə bağlı dövlətlər çeşidli proqramlar hazırladıqları bir zamanda Tehran məsulları Güney Azərbaycanın ekoloji vəziyyətinə sükutla yanaşır və bu bölgənin təbii sərvətlərini talamaqda davam edir.

Bir müddət öncə beynəlxalq informasiya vasitələrinin diqqəti daha çox şişirdilmiş prezident seçkisinə və onun sonuclarına tuşlanmışdı. Əhmədinejadın yenidən qanunsuz şəkildə hökumət başına gətirilməsi ortaya çıxdı. Bu isə yaxın gələcəkdə İranın nüvə gücünə çevrilməsi ilə yekunlaşa bilər".

Müraciət müəllifi yazıb ki, İran hakimiyyətinin məsulları yalnız Güney Azərbaycanın ekologiyasına biganə deyil, onlar güney azərbaycanlıların milli varlığını, təbiətini müdafiə edənlərə qarşı da amansız davranır. Hazırda həbsdə olan jurnalist və hüquq müdafiəçisi Səid Mətinpurun həbsxanada başına açılan müsibətləri, onun sağlıq durumunun ağır olduğunu, habelə böyük məbləğdə girov qoyaraq, zaminə buraxılmış Sima Didar və Əlirza Fərşi ailə cütlüyünün təcridxanada saxlandıqları müddətdə işgəncəyə məruz qalmalarını Böyük Rəsuloğlu örnək göstərib.

"Diqqətinizə çatdırdığım yeni hesabat isə dekabrda İran məsullarının güney azərbaycanlılar barədə çıxardığı yeni hökmlərlə bağlıdır. Onu da qeyd edim ki, nəzərinizə çatdırdığım məlumatlar yalnız örnək xarakterlidir. Adları aşağıda verilən şəxslərin məhkəmələri bir qayda olaraq qapalı keçirilmiş və hüquqlarının müdafiəsi üçün vəkillər təmin edilməmişdir, yaxud bir sıra hallarda vəkillərin məhkəmə prosesində iştirakı qəsdən əngəllədilmişdir".

Adlar...Adlar...

Dekabrın 9-da Təbrizdə tutulanlar: Mustafa Əvəzpur, Hidayət Zakiri, Əhməd Valai, Cəlal Məhəmmədi, Məhəmmədrza Məhəmədxani, Rza Gərdani, İbrahim Asmani, İsa Qurbanəlizadə, Camal Təsudian, Bəhram Bəhimi, Vədud Səadəti, Rəhim Qulami, Bəhruz Əlizadə.

Bir müddət öncə barələrində hökm oxunaraq Ərdəbil zindanına göndərilənlər aşağıdakılardır: Əli Abbasi, Məhəmmədəli Narubi, Məhəmmədrəhim Narubi və Ömər Çayraz, Abdulla Siddiqi, Fərid Bağırzadə, Armin Şakirian, Barat Dağgər, Babək Minəqi, Əsgər Qədimi, Nadir Bəxtavər, Mehdi İmani, Əli İmani, Hamid Həsənzadə. Behnam Şeyxi, Mahmud Ocaqlu, Cəmşid Zarei Təbriz, Əli Hüseynnijat Əsl isə Maku zindanında saxlanır. "Bir ayda Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunmasını istəyən 50-yə yaxın azərbaycanlı qanunsuz olaraq tutulub, yaxud barəsində çeşidli müddətə azadlıqdan məhrumetmə hökmü çıxarılıb", - deyə müraciətin sonunda vurğulanır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gənc fəalların həbsi ilə bağlı etirazlar davam edir

Ağasif Şakiroğluna qarşı qaldırılmış cinayət işinə xitam verilib

İran: amansız repressiyalar davam edir

Azərbaycanlı jurnalist vəkilsiz mühakimə olunub

"Behişti-Zəhra"da gizli basdırılan talesizlər

Bölmənin digər xəbərləri
 
İranamı ziyan dəydi, Azərbaycanamı?
Əhmədinejad hansı zərərdən danışır?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər